“Tor: Sevgi və ildırım” filminin ilk treyleri yayımlanıb
Bakı, 19 aprel, AZƏRTAC
Dünyaşöhrətli Marvel kinostudiyası rejissor Tayki Vaytitinin “Tor: Sevgi və ildırım” filminin tizer-treylerini yayımlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeni film komiks personajı Torun qalaktika mühafizəçiləri ilə birlikdə kosmos səyahətinə çıxdıqdan sonrakı həyatından bəhs edir.
Filmdə rollarda Kris Hemsvort, Kristian Beyl, Rassel Krou, Karen Gillan, Lyuk Hemsvort, Kris Pratt, Natali Portman və başqa aktyorlar çəkilib.
Qeyd edək ki, filmin iyulun əvvəlində nümayişi planlaşdırılır.