Tramp polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edib
Vaşinqton, 11 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə polada tətbiq etdiyi tariflər üzərindəki bütün istisnaları ləğv edib.
AZƏRTAC-ın məlumatına görə, bu gün onun imzaladığı sərəncama əsasən bütün polad idxalına azı 25 faiz rüsum tətbiq ediləcək. Tramp, həmçinin 2018-ci ildə alüminium idxalına tətbiq edilən 10 faizlik rüsumu 25 faizə qaldırıb. Hər iki rüsum martın 4-dən etibarən qüvvəyə minəcək.
Donald Tramp deyib ki, xaricdə istehsal olunan məhsullara tətbiq edilən rüsumlar son nəticədə yerli istehsalı gücləndirəcək.
Qeyd edək ki, ABŞ-də polad idxalının dörd ən böyük mənbəyi Kanada, Braziliya, Meksika və Cənubi Koreyadır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]