Tristan Azbejin: Biz Qəbələ beynəlxalq düşərgəsinin nəticələrinin uğurlu olacağına əminik
Qəbələ, 26 noyabr (AZƏRTAC). Macarıstanın hakim Fidesz - KDNP partiyasının ətraf mühit məsələləri üzrə müşaviri Tristan Azbejin AZƏRTAC-a müsahibəsində gənc ekoloqların Qəbələdə keçirilən beynəlxalq düşərgəsinin uğurla başa çatdığını söyləmişdir. O demişdir: “Biz Qəbələ beynəlxalq düşərgəsinin nəticələrinin çox faydalı olacağına əminik, çünki məqsəd insanların ekoloji cəhətdən təmiz, təhlükəsiz dünyada yaşamasının təmin edilməsinə töhfə verməkdir”.
Düşərgədə gənclərin fəal iştirakına diqqəti cəlb edən T.Azbejin demişdir: “Mən bölmə iclaslarından birində məruzə ilə çıxış etdim. Gənclərin ətraf mühitin qorunması işində bu dərəcədə fəal iştirak etmək arzularının olduğunu düşünmürdüm. Bu baxımdan IDEA Ətraf Mühit Kampaniyası bu düşərgəni təşkil etməklə onlar üçün gözəl imkan yaratmışdır”.
T.Azbejin Qəbələ Bəyannaməsinin əhatə etdiyi prinsiplərin bütün dünyada yüksək qiymətləndiriləcəyinə, gənclərin çağırışlarına cavab veriləcəyinə əmin olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]