Türkiyə Böyük Millət Məclisinin deputatı Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 14 fevral (AZƏRTAC). Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu idarəetmə heyətinin üzvü Sinan Oğan Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, bu ali təhsil ocağının rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Azərbaycan Turizm İnstitutunun 7 illik fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışmış, turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsində hər ilin, ayın mühüm sınaq və əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Rektor, həmçinin ATİ-nin inkişaf strategiyasında təhsil-tədris-təcrübə-təlim-tədqiqat istiqamətinə, o cümlədən keyfiyyətli və bacarıqlı kadr potensialının formalaşmasına xüsusi önəm verildiyini diqqətə çatdırmışdır.
Azərbaycanı özünə ikinci Vətən hesab etdiyini vurğulayan S.Oğan əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində türk dünyası işlətmə fakültəsində fəaliyyət göstərdiyini bildirmişdir. O, dünya azərbaycanlılarının qurultayında iştirakından, Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmasından böyük qurur duyduğunu söyləmişdir.
“Azərbaycan” adlı kitabın müəllifi olduğunu bildirən S.Oğan “Bir millət, iki dövlət” arasında daim möhkəmlənən qardaşlıq və dostluq bağlarını daha da möhkəmləndirmək üçün Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri kimi həmişə Azərbaycanda olmağı arzuladığı demişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]