Türkiyədə keçiriləcək “Elvedasız şarkılar” adlı musiqi layihəsi Azərbaycana həsr olunacaq
Ankara, 14 avqust, AZƏRTAC
Türkiyədəki səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qardaş ölkənin turizm bölgələrində keçirilən ənənəvi “Elvedasız şarkılar” adlı növbəti xeyriyyə konserti Azərbaycana həsr olunacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə avqustun 28-də Marmaris şəhərində altı min nəfərlik tarixi amfiteatrda baş tutacaq konsertdə hər iki ölkənin sənətçiləri iştirak edəcəklər.
Datça - Kimsəsiz uşaqlar üçün şəhərciyə yardım məqsədilə təşkil olunacaq konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, vokalist Aynur İsgəndərli, Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı səhnəyə çıxacaq.
Konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Bora Gencer, Nühket Duru, Ozan Orhon və başqaları çıxış edəcəklər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [12:20]
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
- 15.10.2026 [12:05]