Türkiyədə “Naxçıvan fotolarda” adlı sərgi keçiriləcək
Naxçıvan, 15 mart, AZƏRTAC
Martın 16-da Türkiyə Cümhuriyyətinin İğdır şəhərində “Şərq qapısı” qəzetinin “Naxçıvan fotolarda” adlı fotosərgisi açılacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fotosərgi Türkiyənin Naxçıvandakı Baş konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunacaq.
Sərgidə qəzetin fotomüxbirləri Əli Xudiyev, Əsəd Səfərov və Zülfüqar Qurbanlının Naxçıvanı tərənnüm edən fotoları yer alacaq.
Sərgiyə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı daxil olmaqla, Naxçıvandan 14 nəfərlik nümayəndə heyəti qatılacaq. Həmçinin İğdır valisi, Türkiyənin Naxçıvandakı Baş konsulu, hökumət və media nümayəndələri də iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [17:55]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:41]