UEFA “Beşiktaş”ı cəzalandırmaq niyyətindədir
Bakı, 16 mart, AZƏRTAC
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasının Türkiyədə martın 14-də İstanbulun “Beşiktaş” komandası ilə Münxenin “Bavariya” komandası arasında keçirilən səkkizdəbir finalının cavab matçının yekunlarına (1:3) görə türklərə qarşı intizam işi qaldırıb.
AZƏRTAC UEFA-nın mətbuat xidmətinə istinadla bildirir ki, standart iddialar toplusundan əlavə, - bura azarkeşlər tərəfindən meydana kənar əşyaların atılması və ya pilləkən keçidlərinin bağlanması aiddir, - türkləri oyunun lazımınca effektli təşkil olunmamasında ittiham ediblər. Sonuncu iddia meydana pişiyin daxil olması ilə bağlıdır.
Görüşün ikinci hissəsinin əvvəlində baş hakim Maykl Oliver qısa müddətə - pişik meydandan qaçanadək oyunu dayandırmağa məcbur olub. Meydana keçərək reklam lövhəsinə dırmaşan pişik bircə dəqiqə ərzində məşhurlaşandan sonra tribunada gözdən itib.
“Bavariya” “Beşiktaş”la keçirdiyi iki görüşün ümumi yekununa görə 8:1 hesabı ilə qələbə qazanıb və Çempionlar Liqasının dörddəbir finalına çıxıb. Maraqlıdır ki, münxenlilərin azarkeşlərinin əksəriyyəti pişiyi cavab matçının “qəhrəmanı” hesab ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]