UKRAYNA AZƏRBAYCANLILAR KONQRESİNİN KİYEV ŞƏHƏR TƏŞKİLATININ SƏDRİ SEÇİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 2-də Kiyevdəki “Ukraina” mehmanxanasının iclas zalında Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) Kiyev şəhər təşkilatının hesabat-seçki konfransı keçirilmişdir. Forumda sədrlik edən Peçora rayon sovetinin deputatı Vilayət Quliyev konfransın gündəliyini elan etmişdir: UAK-ın Kiyev şəhər təşkilatının rəhbərinin seçilməsi, növbəti tədbirlər, ilk növbədə isə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə hazırlıq.
Gündəlikdəki birinci məsələ ilə əlaqədar Kiyev diasporunun ən fəal üzvlərindən biri, SSRİ əməkdar idman ustası, Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, sərbəst güləş üzrə SSRİ və Avropa birinciliklərində 14 dəfə qalib gəlmiş, veteranlar arasında dünya çempionu Oleq Krapivinin namizədliyi irəli sürülmüşdür. Açıq səsvermənin nəticələrinə əsasən O.Krapivin yekdilliklə Ukrayna Azərbaycanlılar Konqresinin Kiyev şəhər təşkilatının sədri seçilmişdir. O.Krapivin həmvətənlərinin ona göstərdikləri yüksək etimada görə təşəkkürünü bidirmiş və onları əmin etmişdir ki, Kiyev azərbaycanlılarının daha sıx birləşməsi və tarixi vətənləri ilə əlaqələrin möhkəmlənməsi üçün bu vəzifədə əlindən gələni edəcəkdir.
Sonra təşkilatın yaxın dövr üçün planları və tədbirləri müzakirə edilmişdir.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev konfransda iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]