Ukrayna: səsvermədə fəallıq 85 faizdən yuxarıdır
Kiyev, 11 aprel, AZƏRTAC
Yerli vaxtla saat 17:00-a olan məlumata görə, ölkəmizin Ukraynadakı səfirliyinin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 85 faizdən çoxu səsvermədə iştirak edib.
AZƏRTAC xəbər verir ki, gün ərzində Azərbaycanın Ukraynadakı səfirliyində seçici fəallığı müşahidə olunmaqdadır.
Ukraynanın Kiyev, Xarkov, Dnepr, Odessa, Sumı və bir sıra şəhərlərində yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları ölkəmizin Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]