Ukraynaya 26 kamikadze dronu ilə hücum edilib, Dnepr şəhər administrasiyası dağılıb
Kiyev, 3 may, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiya tərəfindən gecə hücumu zamanı atılan İran istehsalı 26 “Şahed” kamikadze dronundan 21-ni vurub.
AZƏRTAC xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya iki istiqamətdə - Bryansk vilayəti və Azov dənizinin şərq sahillərindən kamikadze dronlarını buraxıblar.
Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının yaydığı məlumata görə, mayın 3-nə keçən gecə kamikadze dronu ilə Dnepr şəhər administrasiyasının binası vurulub.
“Dneprdə inzibati binaya ziyan dəyib. Yanğın baş verib. Artıq yanğın söndürülüb. Şəhər sakinləri xəsarət almayıb”, - deyə məlumatda bildirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]
Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]