Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı dekabrın 12-də “IDEA” İctimai Birliyinin, “İrəli” İctimai Birliyinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə noyabr ayından start götürmüş “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində keçirilən aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı rayonun Rüstəm Rüstəmov küçəsində səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, 500-dək yeni ağac əkilib. Təzə əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]