Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEV MÜSTƏQİL DÖVLƏTÇİLİYİMİZİN VƏ AZƏRBAYCANIN ƏN YENİ TARİXİNİN YARADICISIDIR

AZƏRTAC xəbər verir ki, mayın 7-də respublikanın Baş Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 81 illiyinə həsr edilmiş “Heydər Əliyev müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Ümummilli liderimiz Prezident Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra baş prokuror Zakir Qaralov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin və ən yeni tariximizin yaradıcısıdır” mövzusunda məruzə etmişdir. Natiq demişdir ki, Azərbaycan tarixinin son 34 illik bir mərhələsi xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Bir qərinəyə bərabər olan bu zaman kəsiyində Azərbaycan əsrə bərabər inkişaf yolu keçmişdir. Haqlı olaraq bu mərhələ Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi səciyyələndirilir.

Ulu öndərimizin keçdiyi şərəfli ömür yolunun ayrı-ayrı mərhələləri barədə ətraflı məlumat verən baş prokuror demişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi 1991-ci il oktyabrın 18-dən başlansa da, suverenliyimizin siyasi, sosial-iqtisadi əsasları ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi XX əsrin 70-80-ci illərində yaradılmışdır. Təsadüfi deyildir ki, Azərbaycanın intibah dövrü kimi dəyərləndirilən həmin illərdə respublikamızı ittifaqın xammal mənbəyi kimi saxlamağa çalışan keçmiş SSRİ-nin bütün maneə və qadağalarına baxmayaraq, Heydər Əliyev şəxsiyyətinin dahiyanə uzaqgörənliyi sayəsində milli iqtisadiyyatımızın sürətli tərəqqisi təmin edilmiş, respublikamızın sosial və mədəni həyatının inkişaf salnaməsinə parlaq səhifələr yazılmışdır. Məhz həmin dövrdə formalaşmış maddi və mənəvi sərvətlər potensialı sonradan müstəqilliyimizin reallaşması üçün əsas baza rolunu oynamışdır. İstər respublikamıza rəhbərlik etdiyi, istərsə də SSRİ kimi super dövlətin əsas vəzifələrindən birində çalışdığı illərdə ulu öndərimiz Azərbaycanın inkişafı üçün nə mümkün idisə hamısını etmişdir.

Məruzəçi vurğulamışdır ki, Heydər Əliyev harada, hansı şəraitdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə öz xalqı ilə birlikdə olmuş, mahir bir sükançı kimi onu tarixin ən çətin sınaqlarından məharətlə çıxarmış, sarsılmaz zəmin üzərində müstəqil Azərbaycan dövlətini qurmuş, onu beynəlxalq aləmdə tanıtmış, ölkəmizi müasir dünyanın inkişaf magistralına istiqamətləndirmiş, məmləkətimizin mükəmməl inkişaf strategiyasını müəyyənləşdirmişdir.

Natiq bildirdi ki, bu strategiya Azərbaycanı regionun aparıcı dövlətinə, transmilli layihələrin həyata keçirilməsində həlledici söz və mövqe sahibinə çevirmişdir. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri, Böyük İpək yolu layihələri Heydər Əliyevin Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran iqtisadi strategiyasının tarixi töhfələridir.

Ümummilli liderimizin xalqımız qarşısında ən möhtəşəm tarixi xidməti milli dövlətçilik ənənəsinin əsasını qoymasıdır. Bu siyasət demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prinsipləri üzərində qurulmuşdur. Məhz bu siyasət zəminində müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul edilmiş, çoxpartiyalılıq prinsipi əsasında demokratik, şəffaf prezident və parlament seçkiləri keçirilmiş, cəmiyyətdə pozulmaz fikir, söz və mətbuat azadlığı bərqərar edilmiş, mükəmməl qanunvericilik bazası yaradılmış, əsaslı hüquq islahatları aparılmışdır.

Baş prokuror xüsusi qeyd etmişdir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının hərtərəfli müdafiəsi, humanizm və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi, hakimiyyətdə olduğu bütün dövrlərdə, xüsusən də 1993-cü ildən sonrakı mərhələdə Heydər Əliyevin dövlətçilik siyasətinin mahiyyətini təşkil edən əsas prinsiplər olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə məhz Azərbaycanda ölüm cəzası ləğv edilmiş, ölkəmiz insan hüquq və azadlıqlarına dair 130-a yaxın beynəlxalq konvensiyaya və sazişə qoşulmuş, respublikamız Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmuşdur. Natiq demişdir ki, hüquq mühafizə işçilərinə cinayətkarlığa qarşı həmişə barışmaz mövqe tutmağı tövsiyə edən ulu öndərimiz, eyni zamanda, humanizm prinsiplərinə əsaslanan siyasət yeritmişdir. 1995-ci ilin may ayında ölkəmizdə əfvetmə təsisatı bərqərar edilməklə, xalqımızın ümummilli liderinin imzaladığı əfv fərmanları və onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında son səkkiz il ərzində 70 mindən artıq şəxs müxtəlif cəzalardan tam və ya qismən azad edilmişdir.

Respublikamızın prokurorluq orqanlarının fəaliyyəti ümummilli liderimiz Prezident Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Ulu öndərimizin dövlətçiliyimizin əsas sütunlarından biri hesab etdiyi prokurorluq orqanlarına dövlət qayğısının nəticəsidir ki, Konstitusiyamızda prokurorluğun təşkili və fəaliyyət prinsiplərini, hüquqi statusunu müəyyənləşdirən normalar nəzərdə tutulmuş, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” mütərəqqi qanunlar qəbul edilmişdir. Məhz Prezident Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan prokurorluğu dövlətçiliyimizin və qanunun aliliyi prinsipinin reallaşması cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması məqsədlərinə xidmət edən sivil bir quruma çevrilmişdir.

Xalqımız mayın 10-da ulu öndərimizin anadan olmasının 81-ci ildönümünü qeyd edəcəkdir. Bu şərəfli gündə ümummilli liderimiz çox təəssüf ki, cismən bizim aramızda olmayacaqdır. Ancaq müdrik Heydər Əliyevin zəngin dövlətçilik irsi, yenilməz siyasi kursu xalqımızın inkişaf yolunu daim işıqlandıracaqdır. Möhtərəm Heydər Əliyevin qurub-yaratdığı dövlətimizin sükanı etibarlı əllərdədir. Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətinin ilk günündən həyata keçirdiyi dövlətçilik tədbirləri ilə sübut etmişdir ki, ölkəmiz ulu öndərimizin müəyyənləşdirdiyi yol ilə inamla irəliləyir və irəliləyəcəkdir. Natiq əminliklə bildirmişdir ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi, onun qurub-yaratdığı müstəqil Azərbaycan əbədi yaşayacaqdır.

Konfransda Azərbaycanda Atatürk mərkəzinin müdiri, Milli Məclisin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovun “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının yaradıcısıdır”, Milli Məclisin deputatı, xalq şairi Zəlimxan Yaqubun “Poeziyamızda Heydər Əliyev mövzusu” adlı çıxışları dinlənilmişdir. Natiqlər qeyd etmişlər ki, xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən Azərbaycançılıq ideologiyasının nəzəri əsasları ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün həmin ideologiyanın dərindən öyrənilməsi vacib məsələlərdən biridir. Bütün dünya azərbaycanlılarının bir araya gəlməsində misilsiz xidmətləri olan böyük öndərimizin arzularının gerçəkləşməsi üçün bu sahədə vahid konsepsiya yaradılmasına ehtiyac vardır.

Elmi-praktiki konfransın iştirakçıları və Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi adından xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü ilə əlaqədar dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur