“Ümumrespublika yaşıllaşdırma” layihəsi çərçivəsində Qaradağda 1500-dək ağac əkilib
Bakı, 15 dekabr, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu ilin noyabr ayından reallaşan “Ümumrespublika yaşıllaşdırma” layihəsi çərçivəsində ölkəmizdə ağacəkmə kampaniyasına başlanılıb.
Bu nəcib təşəbbüsə qoşulan Bakının Qaradağ rayonunun sakinləri Bakı şəhəri 1-ci dairəvi yolun kənarında ümumilikdə 1500-dək ağac əkiblər. Eyni zamanda, bu ərazidə abadlıq işləri görülüb, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, ətraf mühitin yaxşılaşdırılması üçün başlanan bu hərəkat daha da genişlənərək böyük ərazini əhatə edəcək. Əkilən ağacların qorunması üçün müvafiq suvarma sistemi qurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]