Ümumrusiya Azərbaycan Konqresinin fəal üzvü vəfat edib
Moskva, 10 mart, AZƏRTAC
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Yaroslavl vilayəti üzrə regional bölməsinin rəhbəri Söhrab İbrahimov aprelin 9-da vəfat edib.
ÜAK-dan AZƏRTAC-a bildiriblər ki, Söhrab İbrahimov Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl vilayəti üzrə regional bölməsinin sədri olmaqla yanaşı, “Yedinaya Rossiya” Partiyasının Yaroslavl şəhəri üzrə və Rusiya Xalqlar Assambleyasının Yaroslavl vilayəti üzrə şuralarının üzvü olub.
Söhrab İbrahimov 1974-cü il iyulun 10-da Laçın rayonunun Alqulu kəndində anadan olmuşdu. O, Rusiya Beynəlxalq Biznes və Yeni Texnologiyalar Akademiyasının hüquq fakültəsini bitirmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]