Vahid Hacıyev: Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var
Zəngilan, 16 noyabr, AZƏRTAC
Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Vahid Hacıyev çıxış edib. O bildirib ki, hazırda Ağalı kəndində 175 ailədən ibarət 871 sakin yaşayır.
““Böyük Qayıdışa dair Dövlət Proqramı”na görə 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı, Zəngilanda 3 şəhər, 5 qəsəbə, 24 kənd tikiləcək. Zəngilan nəqliyyat qovşağı olacaq. Bundan başqa, İranla ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün Ağbənddə yeni yolun təməli qoyuldu. Bununla da, Zəngilanın bölgədə böyük logistik mərkəzə çevrilmə potensialı var”, - deyə Vahid Hacıyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [11:59]