Azərbaycan Dövlət İnformasiya Agentliyi

Varujan Qarabedyanın işi ilə Ramil Səfərovun işi həqiqətən müqayisəedilməzdir

Bakı, 17 noyabr (AZƏRTAC). 2012-ci il avqustun 31-də Azərbaycan ordusunun zabiti, leytenant Ramil Səfərov Azərbaycana veriləndən və əfv olunandan sonra onun işinin məhkum edilmiş terrorçulardan biri olan Varujan Qarabedyanın (onun soyadı Karapetyan, Qarapetyan, Qarbidjian kimi də yazılır) işi ilə müqayisə edilə bilməsi dərəcəsi haqqında bitib tükənməyən diskussiyalar davam edir. Bu məqalədə həmin iki iş arasında oxşarlıqlar deyil, fərqlər nəzərdən keçiriləcəkdir. Onları bir-birindən həqiqətən fərqləndirən amillər çoxdur. Biz on doqquz amil göstərə bilərik:

1. Hər bir insanın həyatı qiymətlidir və hər bir həyatın itirilməsi bəşər övladı üçün faciədir. Buna baxmayaraq, xatırlatmaq yerinə düşər ki, leytenant Ramil Səfərov bir nəfəri öldürmüş və heç kəsi yaralamamışdır, Varujan Qarabedyan isə səkkiz nəfəri öldürmüş, əlli beş nəfəri yaralamışdır. Təkcə bu fakta görə Qarabedyanın törətdiyi cinayət Səfərovun törətdiyi cinayətdən səkkiz qat artıq günahdır.

2. Leytenant Ramil Səfərov Ayk Makuçyan ad-soyadlı daha bir nəfəri öldürmək, nəzərdə tutulan qurbanlarının sayını iki nəfərə çatdırmaq niyyətində idi. Varujan Qarabedyan isə bütün bir təyyarəni partlatmaq niyyətində idi. Bu, təkcə həmin təyyarənin içərisində olanlar (heç bir günahı olmayan sərnişinlər və heyət üzvləri) üçün deyil, həm də yaxınlıqdakı insanlar və binalar üçün fəlakətli nəticələr doğura bilərdi. Təyyarənin özü barədə isə danışmağa lüzum yoxdur. Şəxsi təhqirlər zəminində bir qətli Lokberi səmasında bomba partladılması və ya ABŞ-da 11 sentyabr terror aktı qəbilindən olan mülki təyyarəni partlatmaq planı ilə müqayisə etmək çətindir.

3. Leytenant Ramil Səfərovun qurbanı Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və Azərbaycanın digər yeddi rayonunun mülki əhalisinə qarşı ağır cinayətlər (məsələn, Xocalı, Qaradağlı, Quşçular, Malıbəyli, Meşəli, Ağdaban, Bağanis-Ayrım və başqa yaşayış məntəqələrində soyqırımı aktları) törətmiş düşmən ordusunun zabiti olmuşdur. Varujan Qarabedyanın qurbanları isə hərbçi deyildi, mülki şəxslər idi. “Ludington Daily News” qəzetinin verdiyi məlumata görə, partlayış nəticəsində həlak olanlar arasında Jaklin Kirşner ad-soyadlı qadın və onun 19 yaşlı oğlu (http://www.nytimes.com/1983/07/22/world/around-the-world-death-toll-rises-to-7-after-terror-at-orly.html), habelə Fransua Lyuk adlı bir fransız uşaq da olmuşdur (http://news.google.com/newspapers?id=balaAAAAIBAJ&sjid=dksDAAAAIBAJ&dq=orly%20airport%20asala&pg=3583%2C4850484).

4. Leytenant Ramil Səfərov və iki erməni zabiti bir-birini tanıyırdı. Eyni kursda təlim keçən azərbaycanlı və ermənilər arasında şəxsi münasibətlər gərgin olmuşdur. Varujan Qarabedyan isə öz qurbanlarını tanımırdı, eynilə onun cinayətinin qurbanlarından heç biri onu tanımırdı. Aeroportda törədilmiş qətlin qurbanları seçilməmişdi, bu cinayət hər hansı konkret şəxsə yönəlməmişdi, beləliklə, bu hadisə klassik terror aktı nümunəsi idi.

5. Leytenant Ramil Səfərovun cinayətinin motivi olduqca şəxsi xarakter daşıyırdı - erməni zabitlər onun özünü, ölkəsinin milli rəmzlərini və həlak olmuş həmvətənlərinin xatirəsini dəfələrlə həyasızcasına təhqir etmişdilər. Qarabedyanın qurbanlarının heç biri bu qatilə münasibətdə heç bir pislik etməmişdir.

6. Leytenant Ramil Səfərovun ailə üzvləri onun gözləri qabağında Qurgen Marqaryanın həmkarları olan erməni hərbçiləri tərəfindən öldürülmüşdür. Onun doğma kəndi yandırılmış, şəxsən özü qaçqın kimi bütün iztirablara və məhrumiyyətlərə dözmüşdür. Bunun əksinə olaraq Varujan Qarabedyanın ailə üzvlərindən heç biri onun gözü qabağında öldürülməmişdir. O, 1954-cü ildə anadan olmuş və heç vaxt müharibə görməmişdir. Onun doğma Qamışlıdakı (Suriya) evi toxunulmamış qalır.

7. Leytenant Ramil Səfərov qətli törədəndən sonra cinayət yerindən qaçmağa heç bir cəhd göstərməmişdir. O, həmin yerdə oturub polisin gəlməsini gözləmişdir. Erməni terrorçular isə polis təhqiqatı və axtarış nəticəsində tutulub saxlanmışlar.

8. Məhkəmə araşdırmasının gedişində Ramil Səfərov törətdiyi əməli tamamilə və açıq etiraf etmişdir, Varujan Qarabedyan isə əvvəlcə etiraf etmişdir ki, aeroportda bomba qoymasını və bir sərnişinə 65 dollar pul verərək çamadanlarından birini onun əvəzinə baqaja verməsini xahiş etmiş, sonra isə istintaqla “siçan-pişik” oyununa başlamış və əvvəl dediklərini inkar etmişdir.

9. Leytenant Ramil Səfərov təkbaşına hərəkət edirdi, ona heç bir sərəncam verilməmişdi. O, heç bir təşkilatın üzvü deyildi. Buna görə də o, təkbaşına fəaliyyət göstərən qatildir. Varujan Qarabedyanın əməlləri isə terror təşkilatının qəsdinin tərkib hissəsi idi. Bundan əlavə, “Nyu-York Tayms” qəzetinin verdiyi məlumata görə, məhkəmə prosesində Qarabedyan ermənilərin ASALA terror təşkilatının Fransadakı bölməsinin başçısı olduğunu etiraf etmişdir (http://www.nytimes.com/1983/07/21/world/paris-says-suspect-confesses-attack.html).

10. Leytenant Ramil Səfərovun işi çərçivəsində heç kəs həbs edilməmişdir. Onun cinayət yoldaşları olmamışdır. Digər tərəfdən, Fransa polisi ASALA-nın 51 (!) silahlısını şübhəli şəxs kimi həbs etmişdir. Onlardan ən azı ikisi - erməni mənşəli Türkiyə vətəndaşları Nair Soner və Ohanes Semerçi terror aktlarının planlaşdırılmasında və həyata keçirilməsində Varujan Qarabedyanın tərəfdaşları olmuşlar. Elektronika üzrə mütəxəssis olan 22 yaşlı Nail Soner Qarabedyan üçün atışma sxeminin və bombanın yığılmasının sxeminin hazırlanmasına görə 15 il həbs cəzasına məhkum edilmişdir. Ohanes Semerçi isə öz mənzilində partladıcı maddələr və digər materiallar saxlamasına görə 10 il həbs cəzasına məhkum edilmişdir (see http://books.google.hu/books?id=gqUcV87-KvYC&printsec=frontcover&dq=ermeni+sorunu,+diaspora+ve+Turk+dis+politikasi&hl=ru&sa=X&ei=hPSeUIedLune4QTEiYDYBA&ved=0CCsQ6AEwAA, p. 312). Bu cinayətin digər iştirakçıları Antuan Açkoyan, Ohanes Katanasyan, Avetis Katanasyan, Bedros Xalevyan və Nerses Tasçi Nair Sonerə kömək etdiklərinə və ya terror aktının həyata keçirilməsində bu və ya digər formada iştirak etdiklərinə görə iki ildən üç ilə qədər həbs cəzasına məhkum edilmişlər. Bu da maraqlıdır ki, prokuror bədnam trionun hər bir üzvünün ömürlük həbsə məhkum olunmasını xahiş etmiş, lakin məhkəmə yalnız Suriya vətəndaşı Qarabedyanın əməllərində yüngülləşdirici hallar olmasını etiraf etməkdən imtina etmiş, lakin Türkiyə pasportlarının sahibləri olan iki şəxs barəsində bu halları nəzərə almışdır (bu fakt da bir qədər qəribədir, çünki iddiaçı müdafiə tərəfinin “soyqırımı” ilə bağlı dəlillərini inandırıcı şəkildə təkzib etmişdir, lakin görünür, məhkəmə Türkiyə Cümhuriyyətində etnik ermənilərin “təqib olunması” barədə deyilənlərə ciddi yanaşmışdır, bu isə yenə də Fransadakı erməni lobbisinin məhkəmə prosesinə güclü təzyiqi ilə izah edilə bilər).

11. Leytenant Ramil Səfərovun həbs edilməsi başqa bir yerdə yeni zorakılıq aktlarına səbəb olmamışdır, halbuki Orli aeroportunun bombardman edilməsi zəncirvarı qanlı hadisələr doğurmuşdur: ASALA hədə-qorxu gəlmişdir ki, “əgər Fransa rejimi erməni xalqına münasibətdə terrorizm siyasətini davam etdirərsə”, bütün dünyadakı Fransa təşkilatlarına hücum ediləcəkdir (http://news.google.com/newspapers?id=UQ8wAAAAIBAJ&sjid=TAYEAAAAIBAJ&pg=6322% 2C5160116). Həqiqətən, Orlidəki bombardmanlarla əlaqədar 51 nəfər erməni şübhəli şəxs qismində həbs ediləndən bir neçə gün sonra ASALA Air France şirkətinin ofisini və Fransanın Tehrandakı səfirliyini bombalamış, yeni hücumlar ediləcəyi barədə hədə-qorxu gəlmişdir (bax: Paul Wilkinson, Armenian Terrorism. The World Today, 1983, Royal Institute of International Affairs).

12. İki ölkədə istintaq və məhkəmə araşdırması şəraiti fərqli olmuşdur. Fransa elə bir ölkədir ki, ən iri erməni diasporlarından biri bu ölkədə yerləşir və özünün ermənilərə rəğbətini gizlətməməsi yaxşı məlumdur. Onu Macarıstanla əsla müqayisə etmək olmaz, burada praktiki olaraq Azərbaycan diasporu yoxdur. Saxlanılmış şəxsin mənəvi cəhətdən aşkar görünən heç bir dəstəyi yoxdur və Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tam neytral mövqe saxlanılır. Fransada erməni təbliğatı var gücü ilə işləyir. Lobbiçilər bütün qüvvələrini tam səfərbər etmişlər. Şübhəsiz, bu faktlar istintaqa təsir göstərmişdir. Macarıstandakı Azərbaycan səfirliyi isə yalnız Budapeştdəki insidentdən yeddi ay sonra açılmışdır. O vaxta qədər Ramil Səfərovun işi ilə bağlı təhqiqat artıq tamamlanıb məhkəməyə verilmişdi. Ramil Səfərovun işi Bakının hakimiyyət orqanları tərəfindən heç bir siyasi dəstək almamışdır, bu iş Azərbaycan KİV-lərində də geniş işıqlandırılmamışdır.

13. Varujan Qarabedyan həbsxanada cəzasını çəkən müddətdə ermənilər Fransa hakimiyyət orqanlarına güclü təzyiq göstərməkdə davam etmişlər. Təqribən 1,5 milyon erməninin imzaladığı Petisiya Fransa hökuməti terrorçunun guya “günahsız” olmasını nəzərə alaraq onu həbsdən azad etməyə çağırırdı (http://www.azg.am/RU/2003090402). İşə baxın ki, bu terrorçu özü onun “günahsız” olması barədə ehtimalları təsadüfən təkzib etmişdir. O, “Ayots Aşxar” qəzetinə 2008-ci il noyabrın 1-də verdiyi müsahibədə erməni təbliğatının qəsdən yaydığı yalan iddiaları, habelə məhkəmədə özünün verdiyi dolaşıq ifadələri təkzib edərək günahlarını tamamilə boynuna almış və hətta fəxrlə elan etmişdir ki, Orlidəki terror aktını məhz o planlaşdırmış və həyata keçirmişdir (in English: http://www.armworld.am/detail.php?paperid=3029&pageid=96105&lang=_eng; in Russian: http://www.armtown.com/news/ru/has/20081101/302996105/). Azərbaycan ictimaiyyəti və Azərbaycanın kütləvi informasiya vasitələri heç vaxt Macarıstanın hakimiyyət orqanlarına müraciətlər “yağdırmamış”, leytenant Ramil Səfərovun günahsız olması barədə mifi dəstəkləməmiş və onun təqsirinin sübut olunmasını tələb etməmişdir.

14. 1976-cı ildən 1988-ci ilə qədər nəşr edilmiş, terroru dəstəkləyən erməni qəzeti “Ay Baykar” Orlidəki terror aktı barədə iş üzrə məhkəmənin hökmünü kəskin tənqid etmişdir. Bu qəzetin redaktoru Jan-Mark “Ara” Toranyan (o həm də 1976-1983-cü illərdə ASALA-nın siyasi cinahının lideri olmuşdur) hazırda Fransa erməni təşkilatlarını əlaqələndirmə şurasının həmsədridir. Nair Sonerin gizlədilməsinə görə məhkum edilmiş bütün şəxslər “Ay Bakar” qəzetinin əməkdaşları idi. Budapeşt məhkəməsinin Səfərov barəsində hökmü isə heç bir tənqidə səbəb olmamışdır. Ermənilər sevinir, azərbaycanlılar isə məhkəmənin qərarını sakitcə qəbul edirdi. Fransa məhkəməsinin hökmünün ermənilər tərəfindən tənqid edilməsi də Fransa hakimiyyətinə psixoloji təzyiqin bir hissəsi idi.

15. Leytenant Ramil Səfərov öz vətəninə göndərilmiş, burada Prezident İlham Əliyev tərəfindən milli qanunvericiliyə tam uyğun olaraq əfv edilmişdir. Varujan Qarabedyan isə Prezident Jak Şirak tərəfindən məhkəmə qərarlarının icrası üzrə baş idarənin vəsatəti əsasında onun Fransadan sürgün edilməsi şərtilə əfv edilmişdir (http://www.rferl.org/content/article/1142396.html). 15 iyun 2000-ci il tarixli Hiqu qanununa əsasən ömürlük həbs cəzasına məhkum edilmiş məhbusları yaxşı davranışına görə həbsdən azad etmək hüququ Ədliyyə Nazirliyindən məhkəmə qərarlarının icrası üzrə baş idarəyə keçmişdir. Lakin bu, əhəmiyyətsiz fərqdir, cinayətkarın kim tərəfindən bağışlanmasının əhəmiyyəti yoxdur. Cinayətkar azad ediləndən sonra vətəndə onun hökumət və cəmiyyət tərəfindən necə qarşılanması isə həqiqətən əhəmiyyətli məsələdir. Dövlət başçısının öz vətəndaşını əfv etməsi təbiidir. Təşviş olmasa da heyrət doğuran budur ki, dövlət və ya hökumət başçısı prezident seçkilərinə bir il qalmış seçicilərin müəyyən qrupunun səsini toplamaq üçün xarici ölkənin terrorçusunu əfv edir! 2001-ci ildə “erməni soyqırımı” haqqında qanunun və 2012-ci ildə “soyqırımının” inkar edilməsinin kriminallaşdırılması barədə bədnam qanunun qəbul edilməsi də həmin şübhəli seçki strategiyasının elementləridir.

16. Varujan Qarabedyan o vaxta qədər heç vaxt olmadığı, orada qohumları yaşamadığı, vətəndaşı olmadığı bir ölkəyə deportasiya edilmişdi. Bu, yalnız onu qəbul etmiş ölkə - Ermənistan tərəfindən güclü səhnəarxası lobbiçilik fəaliyyəti nəticəsində mümkün olmuşdur. Qarabedyan asanlıqla öz doğma ölkəsi Suriyaya qayıda bilərdi, lakin Ermənistan əcnəbi vətəndaşın əfv edilməsinə nail olmaq məqsədini qarşıya qoyaraq daha operativ işləmiş, burada onun naturallaşdırılması asanlaşdırılmışdı. Səkkiz günahsız adamı məhv etmiş qatilə necə qayğı göstərilirdi! Leytenant Ramil Səfərovla bağlı hadisə isə tamam başqa idi - o, öz Vətəninə göndərilmişdi. Leytenant Ramil Səfərovun həbsdən azad edilməsinə və onun öz Vətəninə verilməsinə doğma Azərbaycandan başqa hər hansı başqa ölkə kömək etmişdimi? Aşkardır ki, heç bir üçüncü ölkə məhkum olunmuş cinayətkarların üzünə öz qapılarını açmağa hazır olmayacaqdır. Qarabedyan ilə bağlı halda Ermənistan “qonaqpərvər” ölkə olmuşdur.

17. Erməni təbliğatının səylə yaydığı iftiralara rəğmən, leytenant Ramil Səfərov evə qayıdandan sonra heç vaxt “qəhrəman” kimi şərəfyab edilməmişdir. Onun erməni “həmkarı”, məhkum edilmiş terrorçu Varujan Qarabedyan isə Ermənistanda məşhurlaşdırılmışdır. 2001-ci il mayın 4-də, onun Ermənistana ilk gəlişindən on gün sonra ölkənin o vaxtkı baş naziri Andranik Markaryan məhkum olunmuş bu terrorçunu hökumət ofisində qəbul etmiş, Qarabedyanı salamlamış və onun Fransa həbsxanasından azad edilməsinə görə sevincini gizlədə bilməmişdi (http://www.rferl.org/content/article/1142396.html). Ermənistan hökumətinə yaxın “Azq” qəzeti Varujan Qarabedyanı “milli azadlıq mübarizəsinin iştirakçısı”, “vətənpərvər”, “qardaş”, “erməni azadlıq müharibəsinin qəhrəmanı” adlandırmış, halbuki onun əməlləri nəticəsində 8 nəfər günahsız adam həlak olmuş, 55 nəfər yaralanmışdı. Qəzet bu hərəkətləri “cəngavərlik (?) ruhunun təzahürü” adlandırmışdı. Qəzet Qarabedyanın əfv edilməsini “Fransa məhkəməsinin bütün dünyada bəyənilmiş ədalətli (hərçənd gecikmiş) qərarı” adlandırmışdı. Erməni “ziyalılarının” görkəmli nümayəndələri Zori Balayan, Silva Kaputikyan, Sos Sarkisyan, Gevorq Emin, Perç Zeytunyants, Levon Ananyan və başqaları məhkum olunmuş terrorçuya heyran olduqlarını və onu dəstəklədiklərini bildirirdilər (http://www.azg.am/RU/2003090402). Leytenant Ramil Səfərov Vətənə qayıdandan sonra Azərbaycanın ali vəzifəli şəxsləri tərəfindən qəbul edilməmişdir. Bundan əlavə, Prezident İlham Əliyev, habelə yüksək vəzifəli məmurlar öz bəyanatlarında dəfələrlə bildirmişlər ki, azərbaycanlı zabit cinayət törətmişdir. Prezident Administrasiyasının yüksək vəzifəli məmuru Əli Həsənov demişdir: “Ramil Səfərovun törətdiyi hadisəni Azərbaycanın hakimiyyət orqanları heç vaxt təqdir etməyib, bu hadisəyə görə o, Macarıstan məhkəməsi tərəfindən həbs edilib və düşünürük ki, bu, hadisəyə müvafiqdir. Azərbaycan hakimiyyəti, Azərbaycanın ictimai-siyasi dairələri bütövlükdə Ramil Səfərovun Macarıstanda törətdiyi o hadisəni qəhrəmanlıq kimi dəyərləndirmir. Hesab edirik ki, Ramil Səfərov öz əməllərinə görə cavab verməli idi və verdi. Lakin ona qarşı cinayət işinin qeyri-adekvatlığı müəyyən qədər Azərbaycan ictimaiyyətində Ramil Səfərova diqqət yaradıb” (http://az.trend.az/news/politics/2062981.html).

18. Doğrudur, Ermənistanda Varujan Qarabedyanın və müvafiq surətdə Azərbaycanda Ramil Səfərovun şərəfinə onların adları küçələrə, meydanlara, məktəblərə verilməmişdir. Lakin erməni soyqırımının iştirakçıları olmuş Andranik Ozanyan, Stepan Şaumyan, Amazasp Srvantsyan və bir sıra başqa hərbi canilərin məşhurlaşdırılması ilə bağlı təşviş doğuran hallar az deyildir. Bir sıra küçələrə, meydanlara, kəndlərə, hətta şəhərlərə onların adları verilmiş, onlara heykəllər qoyulmuşdur. İki nasist general - Drastamat Kananyan və Qaregin Njde Ermənistanın milli qəhrəmanları hesab edilir, Yerevanda rəsmi şəxslər hətta “Qaregin Njde” medalı təsis etmişlər.

19. Sonuncu, lakin əvvəlkilərdən heç də az əhəmiyyəti olmayan daha bir fakt: Qarabedyan 2008-ci ildə verdiyi müsahibədə öz əməlinə görə nəinki peşman olmamış, hətta fəxrlə demişdir ki, o, “on türk” öldürmüşdür (əslində onun öldürdüyü 8 adamdan ikisi türk olmuşdur) (in English: http://www.armworld.am/detail.php?paperid=3029&pageid=96105&lang=_eng; in Russian: http://www.armtown.com/news/ru/has/20081101/302996105/). Leytenant Ramil Səfərov isə istər həbsdən azad edilənə qədər, istərsə də bundan sonra belə biabırçı bəyanatlar verməmişdir.

Yuxarıda deyilənləri yekunlaşdırmağa keçməzdən əvvəl bir məqamı da qeyd etmək lazımdır. Əvvələn, cinayətin alətləri məsələsi. Bu məsələyə, deyəsən, həddən artıq aludə olmuş erməni təbliğatı “balta” sözünü daim vurğulayır. Düzdür, leytenant Ramil Səfərov onunla bir kursda oxuyan ermənini balta ilə öldürmüşdür. Qarabedyan isə bomba ilə 8 nəfəri öldürmüş və çoxlarını yaralamışdır! Səfərov öz silahını mağazadan almışdır. O, həmin silahı özü düzəltməmiş və onu özü itiləməmişdir. Qarabedyanın cinayət yoldaşı isə bombanı öz əlləri ilə düzəltmiş, lazımi detalları diqqətlə seçmiş, bəlkə də hansısa bir melodiyanı zümzümə edə-edə bu bombanın necə partlayacağı barədə fikirləşmişdi. Sözün qısası, qatilin öz qurbanının həyatına hansı üsulla - balta ilə, yoxsa bomba ilə son qoymasının nə fərqi var, nəticə eyni deyilmi? Əgər leytenant Səfərov Kalaşnikov avtomatından və ya samuray qılıncından istifadə etmiş olsaydı nə dəyişərdi? Bomba hansı əlamətə görə baltadan yaxşı və humanist silah sayılmalıdır? Çox güman ki, balta ilə bağlı isteriya qaldıran erməni məmurlar da bu suala cavab verə bilməzlər.

İkincisi, erməni tərəfi bir faktı da dönə-dönə vurğulayır ki, Qurgen Marqaryan yatdığı yerdə öldürülmüşdür. Ermənilər bu faktı bütün məruzələrində, məqalə və bəyanatlarında təkrarlamaqla bir arqumenti təsdiq edirlər ki, bu əməlin qurbanı özünümüdafiə məqsədilə müqavimət göstərmək iqtidarında olmamışdır. Lakin bir məsələ aydın deyil: elə həmin erməni müəlliflər və siyasətçilər Orlidəki terror aktının qurbanlarından özlərini və öz uşaqlarını müdafiə etməyə hazır olduqlarını necə gözləyə bilərlər. Axı bu adamlar bilavasitə onların yanında ASALA tərəfindən yığılmış və qoyulmuş bombadan bixəbər idilər. Həqiqətən ritorik sualdır!

Üçüncüsü, erməni KİV-ləri bir faktı heç cür qəbul edə bilmirlər ki, azərbaycanlı zabit Vətənə qayıdandan sonra mənzil, 8,5 illik əməkhaqqı və mayor rütbəsi almışdır. Bu faktlar onun rəsmi səviyyədə “qəhrəmana” çevrilməsi cəhdi kimi interpretasiya edilir. Bununla belə, ermənilər başqa bir faktı sakitcə təkzib edirlər ki, Ramil Səfərov xaricdə həbs ediləndən sonra öz Vətənində işdən azad edilməmişdi. O, əvvəlki kimi rəsmən zabit sayılır, buna görə də harada olmasından asılı olmayaraq, əməkhaqqı almaq onun qanuni hüququdur. Leytenant Ramil Səfərov həbs edilən anda bütün ordu zabitləri əməkhaqqını şəxsən kassadan almaqda davam edirdilər, əməkhaqqının banka köçürülməsi sistemi sonradan tətbiq edilmişdir. Buna görə də aşkardır ki, həbs edilmiş azərbaycanlı zabit gəlib öz əməkhaqqını ala bilmirdi. O, həbs ediləndən sonra ona əməkhaqqı ödənilməsi o qayıdana və əməkhaqqının köçürülməsi üçün bank hesabı açılana qədər müvəqqəti dayandırılmışdı. Beləliklə, onun 8,5 illik əməkhaqqı yığılıb qalmışdı. Onun əməkhaqqı almaması üçün o, rəsmən işdən azad edilməli idi, bu isə olmamışdı. Azərbaycan ordusunun zabitinə əməkhaqqı ödənilməsini ona bir növ “mükafat” kimi təqdim etməyə çalışan Yerevanın cəhdləri qəbuledilməzdir. Bu spekulyasiyalar o qədər güclənmişdir ki, erməni tərəfi bu faktı düşmənin öldürülməsinə görə mükafat adlandırır.

Bundan əlavə, ermənilər onu da xatırlatmamağı üstün tuturlar ki, onların “humanitar” səyləri sayəsində 1990-cı illərin əvvəlində balaca Ramil və onun ailəsi öz evini itirmiş və məcburi köçkünlərə çevrilmişlər. Qaçqın zabitə mənzil verilməsi nəinki təbii, həm də humanist addımdır. Bu, yeganə hal deyildir. Dövlət siyasətidir. Bəs Bakını tənqid edənlər nə gözləyirdilər? Gözləyirdilər ki, Azərbaycan vətəndaşı xaricdə həbsxanadan azad ediləcək, sonra isə elə aeroportdan çıxışında küçəyə atılacaqdır? Əgər Macarıstanda onun qalmağa yeri və gündə üç dəfə yeməyi vardısa, onun Azərbaycana verilməsinin mənası nə olardı? O başqa məsələdir ki, erməni məmurlar bu barədə danışmamağı üstün tuturlar: Yerevanın meri Robert Nazaryan məhkum edilmiş terrorçu Qarabedyanı mənzil və iş ilə təmin etməyə zamin durmuşdur.

Nəhayət, Azərbaycan zabitinin törətdiyi cinayətə görə “mükafat” kimi mayor rütbəsi almasının interpretasiyası kobud səhvdir. Bu interpretasiyanın məqsədi beynəlxalq birliyi çaşdırmaq və yanlış fikri zorla qəbul etdirməkdir. Bundan əlavə, bir məsələni də unutmaq olmaz ki, Azərbaycan zabiti öz Vətənində heç bir cinayət törətməmişdi. O, cinayəti xarici ölkədə törətmiş və bunun cəzasını çəkərək həbsxanadan çıxmışdır.

Beləliklə, bütün bu fərqlər aşkar göstərir ki, Varujan Qarabedyanın törətdiyi cinayət leytenant Ramil Səfərovun cinayətindən qat-qat ağır olmuşdu, lakin onu öz vətənində Azərbaycan zabitindən daha mehriban qəbul etmişlər. Buna görə də bu iki hadisənin müqayisəedilməz olduğunu deyənlər tamamilə haqlıdırlar.

Azərbaycan Prezidenti İlham Əliyev əsasən erməni lobbi təşkilatlarının və satqın əcnəbi siyasətçilərin səyləri sayəsində Avropa Şurası, Avropa Parlamenti və dünyanın böyük dövlətlərinin liderləri tərəfindən kəskin tənqidə məruz qaldığı halda, Fransa hakimiyyət orqanlarının ünvanına bircə kəlmə də tənqid səslənməmiş, Avropa Parlamenti isə Ramil Səfərov ilə müqayisədə qat-qat qanlı cinayətlər törətmiş qatil Varujan Qarabedyanın azad edilməsini pisləyən qətnamə qəbul etməyi lazım bilməmişdi.

Leytenant Səfərovun Azərbaycana verilməsi barədə qərarla əlaqədar Macarıstandan izahat tələb etmiş ABŞ Dövlət Departamenti “erməni əl-Meqrahi” azad ediləndən sonra Fransadan buna oxşar izahat tələb etməmişdir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ordusunun zabitinin azad edilməsi ilə əlaqədar bütün söz-söhbətlər erməni dövlət təbliğatının və lobbi təşkilatlarının yaxşıca əlaqələndirilmiş fəaliyyətinin məhsuludur. Məqsəd vəziyyəti süni şəkildə pisləşdirmək, bəlkə də danışıqlar prosesini pozmaq və vasitəçiləri inandırmaqdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları bundan sonra birlikdə yaşaya bilməzlər və buna görə də münaqişənin həllinin yeganə yolu Azərbaycan regionlarının Ermənistan tərəfindən işğal edilməsinin legitimləşdirilməsidir.

Bu cəhdlər, habelə Yerevanın dünya ictimaiyyətini Ramil Səfərovla bağlı isteriyaya cəlb etmək cəhdləri beynəlxalq birlik tərəfindən birmənalı şəkildə rədd edilməlidir.

Elçin Əhmədov

Azərbaycanın Dağlıq Qarabağ regionunun

Azərbaycan icmasının üzvü (Şuşa şəhəri)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb