Vəhşi heyvanları qəfəsdə saxlayan şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimə olunmuşdur
Bakı, 10 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə əziyyət verilərək saxlanılmasını qətiyyətlə pisləyir və bununla kəskin mübarizə aparır.
Belə halların qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarının iştirakı ilə respublika ərazisində reydlər keçirilmişdir.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, reydlər zamanı Şamaxı rayonu ərazisində fəaliyyət göstərən “Turist” restoranında və Pirşağı qəsəbəsindəki “Həyat” istirahət mərkəzində iki ayı, Sumqayıt şəhərində “Diana” istirahət mərkəzində isə bir qartal və üç muymul quşunun qeyri-sərbəst şəraitdə saxlanılması aşkar edilmişdir.
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirmə işləri aparılmış və həmin heyvanlar Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilmişdir.
Xətai rayonununda fəaliyyət göstərən “Çənlibel” kafesindən bir dələ və Hövsan qəsəbəsindəki “Ameqo” kafesindən iki canavar müsadirə edilərək Abşeron Milli Parkına buraxılmışdır.
Bütün hallarda qanunu pozmuş şəxslər inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur.
Reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]