Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaş məktubları: Cənab Prezident, ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızdayıq

Vətəndaş məktubları: Cənab Prezident, ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızdayıq

Bakı, 29 oktyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından məktublar gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Türkiyənin Balıkesir şəhərindən Berkut Gencay Sarıkız yazır: “Hörmətli cənab Prezident, mən məktəbliyəm. Azərbaycanı çox sevirəm. Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, inşallah, əsgərlərimizə töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm. Həmin pulun əsgərləriniz olan böyük qardaşlarıma daha çox kömək olacağına ümid edirəm. İnşallah, qələbə sizinlədir. Allah əsgərlərimizin ayağına daş, gözünə yaş salmasın”.

Yozqat şəhərindən Hilalsu Mert yazır: “Hörmətli cənab Prezident, mənim 10 yaşım var. Sizi səmimi qəlbdən salamlayır, dəyərli böyüyüm kimi əllərinizdən öpür, uca Allaha Sizi qoruması üçün dua edirəm. Hər gün televiziyadan ölkənizin torpaqlarınızı işğaldan azad etmək üçün göstərdiyiniz mübarizəni həyəcanla izləyirəm. Mən inanıram ki, uğrunda şəhidlər verdiyiniz doğma torpaqlarınızı erməni zülmündən qurtaracağınız günlər yaxındadır. Biz bütün ailə üzvlərimizlə birlikdə Sizə və qəhrəman əsgərlərinizə görə dua edirik. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Mən özümə məxsus sırğamı Azərbaycan əsgərinə kömək üçün yaradılan fonda bəxş etməklə, ümid edirəm ki, az da olsa igid əsgərlərimizə dəstək ola bilərəm. Allaha əmanət olun”.

Giresun şəhərindən Erdal Adlan yazır: “Hörmətli cənab Prezident, müraciətimin əvvəlində tarixboyu Azərbaycanın və Türkiyənin azadlığı uğrunda şəhid olan bütün əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Cənab Prezident, keçən əsrin 90-cı illərinin əvvəlində 10 yaşım olsa da, Dağlıq Qarabağın işğal edilməsi barədə xəbərləri babamla birlikdə böyük ürək ağrısı ilə qarşıladıq, göz yaşlarımızı saxlaya bilmədik. İllərdir bu yara ürəyimizdə qaysaq bağlamır, içimizi qanadırdı. Amma əmin idim ki, əsl türk olan azərbaycanlı qardaşlarım bir qarış torpaq belə verməzlər. Erməni terrorçularını doğma torpaqlarınızdan qovmanıza çox sevindim. Onları sonacan qovun, 10 yaşında olan uşaqlarımızın bir daha üzülməsinə imkan verməyin. Ermənilərin hələ 1915-1923-cü illərdə doğulduğum Giresun şəhərində törətdikləri vəhşiliklər, tarixboyu türklərə qarşı xainlikləri hələ də yaddaşlardan silinməyib. Siz mübarizənizdə qazandığınız qələbələrlə təkcə öz şəhidlərinizin deyil, erməni terrorunun qurbanı olan hər bir kəsin qisasını alırsınız. Türkiyə hər zaman candan əziz olan Azərbaycanın yanındadır. Ölkəmizin hər bir vətəndaşı Azərbaycan üçün canından belə keçməyə hazırdır və bunu özlərinə şərəf bilirlər. Mən, həmçinin türk qanı daşıyan hər kəs haqq işinizi hələlik dualarımızla dəstəkləyirik. Ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızda olduğumuzu unutmayın. Şəhidlərinizə rəhmət, yaralılara şəfa diləyirəm. Tanrı türkü qorusun! Türk qanı daşıyan xoşbəxtdir”.

Rusiyanın Moskva şəhərindən Namiq Əlimuradov: “Hörmətli cənab Prezident, artıq bir aydır ki, doğma Vətənim sevimli Azərbaycanımda baş verən hadisələri izləyirəm. Qarabağ torpaqlarının qaytarılması uğrunda savaşda Azərbaycan Ordusunun növbəti uğuru barədə hər dəfə xəbər alanda sevinc və qürur hissləri keçirirəm. Vətəndən xeyli uzaqda olmağım heç bir zaman mənim Azərbaycana sevgimi azalda, ölkəmə görə duyduğum fəxarət hissini zəiflədə bilməz. Cənab Prezident Sizə, eləcə də Azərbaycan xalqına mətanət, əzm və bütün işlərdə uğurlar arzulayıram. Valideynlərimizin bizə təlqin etdiyi və Azərbaycanda yaşayan bütün xalqlara xas olan qüvvətli haqq-ədalət hissi bizi baş verən hadisələrə biganə qalmağa qoymur. Hər an Azərbaycanın köməyinə gəlməyə hazıram, sözdə də, əməldə də. Bizim hamımıza, xüsusən də Sizə uğurlar diləyirəm, cənab Prezident. Haqq kimin tərəfindədirsə, o qalib gəlir, çünki haqq güclüdür. Qarabağ Azərbaycandır!”.

Rusiyanın Novosibirsk şəhərindən Mayis Məmmədov: “Hörmətli cənab Prezident, sentyabrın 27-də Ermənistanın Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumuna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı və işğal edilmiş ərazilərin azad olunmasına yönəlmiş hərbi əməliyyatlar gedişində şəhid olmuş qardaşlarımıza görə “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dinc əhali arasında həlak olanlar, yaşayış binalarında, eləcə də məktəblər və uşaq bağçaları daxil olmaqla ictimai binaların dağıdılması bizi hədsiz kədərləndirir. Dinc əhaliyə qarşı silah və güc tətbiqini biz qətiyyətlə pisləyirik. Hazırda biz - Sizin soydaşlarınız Vətəndən uzaqda olsaq da, cərəyan edən hadisələri, 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində azad edilməsi prosesini diqqətlə izləyir, haqq-ədalət mübarizəsində Sizi dəstəkləyirik, çünki həmvətənlərimizin taleyinə biganə qala bilmərik. Bizim ürəklərimiz Azərbaycanla həmahəng döyünür. Ümid edirik ki, əldə olunmuş müvəqqəti atəşkəs münaqişənin nizamlanması üçün yeni imkan yaradacaq. İnanırıq ki, tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən haqlı olan Azərbaycan döyüş meydanlarında olduğu kimi, diplomatiya sahəsində də öz üstünlüyünü davam etdirəcək, ədalətli mübarizəsini sona çatdıraraq Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına nail olacaq, regionda sabitliyi, sülhü və asayişi bərpa edəcəkdir. İndi bizim gözəl ölkəmiz yeni sınaqla üz-üzədir. Lakin ötən illərin təcrübəsi bizə inanmağı, mübarizə aparmağı və qalib gəlməyi öyrədib. Hörmətli cənab Prezident, mən Sizin strateji siyasətinizi dəstəkləyir və qürur duyuram. İnanıram ki, qətiyyətli rəhbərliyiniz və həmişə xalqı doğru yola istiqamətləndirən müdrikliyiniz sayəsində bundan sonra da sülhü və hər kəs üçün rifahı təmin edəcəksiniz. Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq biz - soydaşlarınız Sizin siyasətinizi dəstəkləyirik, Azərbaycanda sabitlik və firavanlıq naminə əlimizdən gələni edəcəyik. Rusiya ilə Azərbaycan arasında böyük dostluq bir çox nəsillərdən bəri davam edir, Rusiya və Azərbaycan xalqları çətin vəziyyətdə bir-birlərinə kömək etməyə həmişə hazırdırlar. Ümidvaram ki, Rusiya-Azərbaycan dostluğu illər keçdikcə hər iki dövlətin tərəqqisi, rifahı və əməkdaşlığı naminə daha da dərinləşəcək, inkişaf edəcək və möhkəmlənəcək”.

Tovuz sakini Kürzəli Bayramov dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, işğaldan azad olunan bütün torpaqlara və yaşadığımız sevinc hisslərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin sayənizdə uzun illərin həsrətinə son qoyuldu, əzəli, əbədi torpaqlarımıza qovuşuruq. Sevinc hisslərimizi sözlə ifadə edə bilmirik. Hər zaman yanınızdayıq, cənab Prezident.

Şəki sakini Elvin Məmmədov: “Müzəffər Ali Baş Komandan, mən bir zabit olaraq Azərbaycanın bu haqq savaşında, işğal altında olan doğma torpaqlarımız uğrunda gedən Vətən müharibəsində canımdan, son damla qanımdan belə keçməyə hazıram. Bir Azərbaycan oğlu kimi ön cəbhədə düşmənlə üz-üzə vuruşaraq şəhidlərimizin intiqamını almaq istəyirəm. Müzəffər Ali Baş Komandan, hərbi anda sadiq qalacağıma, düşmənə qarşı vicdanla vuruşacağıma Sizi əmin edirəm. Əmrinizi gözləyirəm”.

Şamaxı rayonunun sakini Rubabə Nuriyeva: “Hörmətli cənab Prezident, Sizin dərin savadınız, dünyagörüşünüz qarşısında dünyanın siyasət meydanında heç bir siyasətçi tab gətirə bilməz. Siz Azərbaycan xalqının xilaskarısınız. Gələcək nəsillər Azərbaycan deyəndə Sizi, İlham Heydər oğlu deyəndə isə Azərbaycanı xatırlayacaq. Allah Sizi qorusun. Yaşasın Azərbaycan xalqı! Yaşasın sevimli Prezidentimiz! Azərbaycanın şanlı Ordusuna eşq olsun!”.

Saatlı rayonun sakini Fariz Ağayev: “Müzəffər Ali Baş Komandan, bu sevinci bizə yaşatdığınıza görə Sizə Saatlı sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Cənab Prezident, bir təhsil işçisi kimi inanıram ki, pedaqoji fəaliyyətimizi Şuşada, Xankəndidə, Laçında davam etdirəcəyimiz günlər lap yaxındadır. Bildirmək istəyirik ki, hər zaman Sizin əmrinizi gözləyirik. Hər birimiz Vətənimiz naminə son damla qanımızadək döyüşməyə hazırıq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Cavad Quliyev yazır: “Müzəffər Ali Baş Komandan, bir talış, bir lənkəranlı olaraq Sizə təşəkkür edirəm. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı, doğma Qarabağımızı düşmən tapdağından azad edirsiniz. Bu, Sizin yüksək savadınız və güclü iradənizin nəticəsində mümkün olmuşdur. Bütün xalqımız Sizə sonsuz təşəkkür edir və ətrafınızda sıx birləşib. Allah Sizi və mətin Ordumuzu qorusun! Cənab Prezident, çox təəssüflənirəm ki, bir vətəndaş olaraq, Vətənə olan borcumu yerinə yetirə bilmirəm. Çox istərdim ki, məni də Ordu sıralarına daxil etsinlər. Bu Vətən üçün canımı da, qanımı da verməyə hazıram. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Qubadlı sakini Çingiz Salmanov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, nəhayət gözlədiyimiz gün gəldi. İyirmi yeddi il həsrətdən sonra Zəngəzurun qapısı adlandırılan Qubadlı rayonu mənfur düşmən tapdağından azad edildi. İllərdi bu günü gözləyir, Vətən həsrəti ilə yaşayırdıq. Artıq buna son qoydunuz, xalqımın qəhrəman, yenilməz oğlu. Bizi əbədi və əzəli dədə-baba torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. İnşallah, Sizin göstərişinizlə müzəffər Azərbaycan Ordusu digər işğal altında olan torpaqlarımızı yaxın günlərdə düşmən tapdağından azad edərək şanlı Azərbaycanımızın üçrəngli bayrağını yüksəklərə qaldıracaqdır. Cənab Prezident, Sizin bu haqq işiniz və adınız bir sərkərdə olaraq gələcək nəsillərin yaddaşında qalmaqla qızıl həriflərlə tarix dərsliklərində yazılacaqdır. Mən fəxr edirəm ki, mənim xalqımın Sizin kimi ağıllı, savadlı, uzaqgörən Prezidenti var. Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!”.

Ağcabədi sakini Səbuhi Atakişiyev: “Hörmətli cənab Ali Baş Komandan, son günlər Azərbaycan Ordusu tarix yazmaqda davam edir. Çox xoşbəxtik ki, qazanılan qələbələrin canlı şahidiyik. Müzəffər Ali Baş Komandan, hər gün azad olunmuş torpaqlarımızın xəbərini eşitdikcə böyük qürur hissi keçiririk. Siz bu gün milyonların arzusunu reallaşdırırsınız, Sizə Ulu Tanrıdan güc-qüvvət arzu edirik. İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada dalğalandıracaq. Eşq olsun Ali Baş Komandanımıza, eşq olsun Azərbaycan Ordusuna. Qarabağ Azərbaycandır!”.

Bərdə sakini Rauf Xanlarov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Mən Sizinlə fəxr edirəm. Azərbaycanımızın torpaqlarının qarış-qarış azad edilməsi barədə dilinizdən çıxan sevinc dolu cümlələri, məntəqələrimizin adlarını çəkdiyiniz saniyələri qürurla izləyirəm. Cənab Prezident, son illər etdiyiniz kadr dəyişiklikləri, COVID-19 pandemiyası ilə apardığınız mübarizə tədbirləri və nəhayət ki, qəlbimizdə yara bağlamış Qarabağ həsrətinə son qoymaq üçün başladığınız Vətən müharibəsi bir daha sübut etdi ki, Siz var olduqca Azərbaycan xalqının yaşayacağı gözəl günlər çox olacaq. Sizə inanıram və güvənirəm. Kaş hər gün dilinizdən çıxan o “Qarabağ Azərbaycandır!” ifadəsini televiziyadan yox, Sizin qarşınızda duraraq eşidəydim. Allah Sizi və rəşadətli əsgərlərimizi qorusun! Fəxr edirəm ki mən azərbaycanlıyam! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Cavid Şamoyev: “Çox hörmətli Prezident, cənab Ali Baş Komandan, mənim adım Cavid Şamoyevdir. 13 yaşım var və torpaqlarımızın azadlığı uğrunda döyüşmək istəyirəm. Yaşım az olsa da, əlimdən gələni əsirgəmərəm. Mənim qardaşım hərbi xidmətdədir. Mən də onun kimi Vətənimin keşiyində durmaq istəyirəm. Əminəm ki, çox yaxın zamanda Siz başda olmaqla, Azərbaycan Ordusu qələbə qazanacaqdır. Sizə və qəhrəman əsgərlərimizə böyük uğurlar arzu edirəm. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq genişlənir

Bakıda mağazada saxta içkilər aşkarlanıb

İspaniya qeyri-qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ

İslandiyada Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasına dair referendum olacaq

Aygün Attar: Azərbaycan–Özbəkistan müttəfiqliyi vahid geoiqtisadi məkan formalaşdırır

AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub

Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib

Avarçəkmə üzrə ölkə çempionatında ilk: kayakda qarışıq cütlüklər yarışacaq

Kəlbəcərə dolu yağıb

Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb

33 illik həsrətdən sonra açılan qapı...

Xəyal Bəşirov: Bakı və Daşkənd müttəfiqlik əlaqələrini regional miqyasda genişləndirir

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Qlobal şirkətlərdən süni intellekt mənşəli kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı

Azərbaycan ilə Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Bakı istintaq təcridxanasında həbs edilmiş şəxsə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının icrası ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 26 sentyabr tarixli 13-1 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının QƏRARI

® PR və onun əsasları

Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan edilib

Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir

AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal

Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb

ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub

Keçmiş futbolçu: “Qarabağ” avrokuboklara daha güclü qayıdacaq

Altı yüzdən çox xaçmazlı məzun tələbə adını qazanıb

Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar

Ekspert: Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yarada biləcək

Kayrat Osmonaliyev: Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir

Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər

Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyib

Laçında səyyar stomatoloji aksiya təşkil edilib

Qara dənizdə gərginlik Baltik buğdasına marağı artırıb

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı

BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb

Ay tutulması psixologiyamıza təsir edirmi? – mütəxəssisdən açıqlama

Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib

Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb

UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək

Basketbol millisinin məşqçisi: Yay İdman Festivalı gənclər üçün çox faydalı təşəbbüsdür

Hindistanın valyuta ehtiyatları rekord səviyyəyə yüksəlib

Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı sentyabrda keçiriləcək

“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri bəlli olub

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

Yerüstü Nəqliyyat Agentliyi sahibkarlara göstərilən xidmətlərin sayını açıqlayıb

İdman qidaları satılan mağazada plandankənar yoxlama aparılıb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

“AzərEnerji”nin ixrac gəlirləri 87 faizdən çox artıb

Deputat: Ballıqaya faciəsini gələcək nəsillərə çatdırmalıyıq

Şair Sahib Məmmədov: Süni intellektin hələlik “mən niyə yaradıram?” sualına öz cavabı yoxdur

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib

Elektrikin kəsilməsi işıqforların fəaliyyətinə təsir göstərməklə yol hərəkətinin təşkilinə də çətinliklər yarada bilər – Ekspert rəyi

Azərbaycan-Özbəkistan münasibətləri Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin güclənməsinə xidmət edir RƏY

Ekspertlər: Qlobal istiləşmə ilə Nepaldakı fəlakət arasında birbaşa əlaqə qurmaq hələ tezdir

“Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb

FIFA Argentina millisinin futbolçularına verilən cəzaları yüngülləşdirib

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin növbəti təzahürü: Köçəryan-Sarkisyan tandeminin mühakiməsi – ŞƏRH

Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı

Avropa Liqası: “Beşiktaş”ın əsas mərhələdəki rəqibləri müəyyənləşib

NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub

Mahir Qəribov: “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası tarixi irslə gələcək arasında mənəvi körpü yaradır

Saatlı və Mingəçevir sakinləri kibertəhlükəsizlik məsələləri ilə bağlı marifləndirilib

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

Su təchizatı və tullantı suları üzrə xidmət haqqını onlayn ödəmək mümkündür

® NDU-da rekord göstərici: 600-dən yuxarı bal toplayan tələbələrin sayında kəskin artım

Dövlət Xidmətinin rəisi Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş direktor: Rəqəmsal transformasiya maliyyə sektorunun inkişafı üçün əhəmiyyət daşıyır

Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub

Qazaxıstanda təyyarədə yanğın olub, 1 nəfər xəsarət alıb

Fransız nazir Avropanın süni intellektdə geridə qaldığını etiraf edib

Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib VİDEO

Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 538-ə çatıb

BMU-PKTU ikili diplom proqramı çərçivəsində ilk tələbə qrupu Çinə yola salınıb

Yüksək nəticə göstərən 7 şagird “Gənc istedadlar” liseyinə qəbul olunub

® Peşəkar, məsuliyyətli, diqqətcil və qayğıkeş həkim

Lamin Yamal 8 oyundur qol vura bilmir

Bir xəyalın ardınca BDU-ya

Böyük Britaniyada yeniyetməyə orqanizmdə tədricən həll olan ürək implantı yerləşdirilib

Türkiyədə seriallara dövlət dəstəyində yeni mərhələnin başlandığı açıqlanıb

Baş Prokurorluq: Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır

Kiçik kənddən böyük arzulara: Ruhinin arzuları və uğurları

Azərbaycan idmançıları Avropa çempionatında mübarizə aparacaqlar

Tokayev Qazaxıstan Qurultayının yeni səlahiyyətlərindən danışıb