Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir

Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir

Bakı, 11 dekabr, AZƏRTAC

Dövlətlər çox olduğu kimi, dövlət başçıları da çoxdur. Amma bu reallığı etiraf edək ki, hər bir dövlətə onun bu gününü və gələcəyini düşünən lider nəsib olmur. Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyası, ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayak rolunu oynayır. Məhz qurulan möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkə, xalqımız dünyanın ən xoşbəxt xalqı kimi tanınır və nüfuz qazanır. Bütün bu uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərdən bəhs edərkən bildirib.

V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin xidmətlərindən danışarkən ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir. Çünki Azərbaycanımızın bugünkü uğurlarından fəxrlə bəhs etməyimiz bizləri daim müstəqillik yolumuzun heç də hamar olmadığını, ölkəmizin 1991-ci ildən 1993-cü ilin iyununadək təlatümlü bir dövr yaşadığını xatırlamağa sövq edir. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaq cəhdləri Azərbaycanın müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra problemlərin aradan qaldırılması, Azərbaycanın bir müstəqil dövlət kimi özünü dünyaya təqdim etməsi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artması, demokratik dövlət quruculuğu yolunda biri-birindən önəmli addımların atılması, Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün geniş imkanların yaradılması və s. kimi uğurlarımızın əsasında Ümummilli Liderin ölkədə sabitliyi təmin etməsi dayanır. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi proqramın həyata keçirilməsi qeyri-mümkündür. Məhz sabitliyin yaradılması ilə Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə beynəlxalq əməkdaşlığın qurulmasına, dünya iqtisadi sisteminə inteqrasiyanın əsasının qoyulmasına geniş yol açan “Əsrin müqaviləsi” imzalandı. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyev neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın iqtisadi inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.

“Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar, genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla yanaşı, ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Azərbaycanın bu gün səsinin bir çox beynəlxalq təşkilatların tribunasından eşidilməsi, diplomatik uğurları düzgün qurulan təmələ söykənir”, - deyən V.Rəhimzadə bildirib ki, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyevin diaspor quruculuğu prosesini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlaması da bu məqsədə xidmət edirdi ki, bütün dünya azərbaycanlıları bir ideya, bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşsinlər. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il noyabr 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin geniş vüsət almasında əhəmiyyətli rol oynadı.

Baş redaktor onu da əlavə edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən demokratik prinsiplərin inkişafını qarşıya mühüm vəzifə kimi qoymuşdur. 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilib, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşub. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil dövlətimizin ilk Konstitusiyasında insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən maddələr böyük çoxluq təşkil edir. Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkib. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılıb, tədbirlər həyata keçirilib. 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatın inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Mətbuata göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

“İqtisadi tərəqqi, eyni zamanda, diplomatik mübarizədə qələbə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də geniş yol açır. Ulu öndər Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı, “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu quruculuğuna da xüsusi diqqət yetirdi. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Xalqımız bugünkü uğurlarımızın fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də tezliklə öz ədalətli həllini tapacağına əmindir”,- söyləyən V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası genişdir, əvəzsizdir. Onun fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu irs çox zəngindir. Ulu öndər Heydər Əliyevin fəaliyyətinin hansı dövrünə nəzər salsaq bir tədqiqat mövzusudur. Bu baxımdan onun xidmətlərini bir yazıda əhatə etmək mümkünsüzdür. Bugünkü müstəqil, müasir, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan onun şah əsəridir.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Son 16 ildə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın davamlı uğurlarını, yeni-yeni hədəflərin müəyyənləşdirilməsini və onlara çatmaq imkanlarını təmin edir. Vaxtilə “Yeni, müstəqil Azərbaycan uğrunda” düşünürdüksə, bu gün artıq “yeni hədəflərə doğru” deyirik. Bu uğurlar dahi şəxsiyyət Heydər Əliyevin Vətəni, xalqı üçün gördüyü işlərin nəticəsidir. Prezident kimi fəaliyyətə başladığı gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan dövlətimizin başçısı İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək, bu vədini əməli işi ilə təsdiqlədi. Məhz sözlə əməl birliyi onun 2008, 2013 və 2018-ci il prezident seçkilərində təkrar qələbəsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son illərin statistikası Azərbaycanın hərtərəfli inkişafı barədə aydın təsəvvür yaradır. Bu gün ölkəmizin sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir və regionda lider dövlət olduğunu, dünya birliyinin fəal üzvünə çevrildiyini təsdiqləyir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması uğurlu, təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Müsbət meyillərin güclənməsi ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını təmin edir.

“Təbii ki, hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı, beynəlxalq aləmdə çəkisinin, yerinin, rolunun artmasında da ifadə olunur”, - söyləyən V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər malik olduğumuz imkanların, ən əsası Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olaraq formalaşmış inkişaf modelimizin təqdimatında və dəstəklənməsində mühüm rol oynayır. Heydər Əliyev siyasətinin alternativsizliyi beynəlxalq səviyyədə də etiraf olunur. Təkcə cari ilin ötən dövründə Azərbaycanın xarici siyasət uğurlarına diqqət yetirmək kifayətdir. Azərbaycanın 120 üzvü sıralarında birləşdirən, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi etməsi, həmçinin Prezident İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışında işğalçı dövlətə, beynəlxalq aləmə ünvanlanan mesajlar ölkəmizin dünya birliyində artan roluna işıq salır. Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən bir dövlət kimi adını müasir tariximizə yazıb. Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr regionun iqtisadi mənzərəsinə yeni dəyişikliklər edir. Son 16 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar sözün həqiqi mənasında yeni bir Azərbaycanı, yeni cəmiyyəti reallığa çevirib. Yeni Azərbaycanın konsepsiyası ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq gerçəkliyə çevrilməsi üçün etibarlı baza yaradılıbsa, bu etibarlı bazanın üzərində son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük quruculuq meydançasına çevrilib.

V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində daha da zənginləşir. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli uğurlara imza atırlar. Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsilə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fondu ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilib. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond Azərbaycan mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyasının formalaşdırılmasında, mədəniyyətlərarası dialoqun təşkili və inkişafında, mühüm sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir.

Baş redaktor onu da xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı, eyni zamanda, ölkənin nailiyyətələrinə özünün sanballı töhfələrini verir. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün zənginləşməsi, siyasi çəkisinin, nüfuzunun artması, ölkədə keçirilən seçkilərdə inamlı qələbə qazanması xalqın Heydər Əliyev ideyalarına sədaqətinin, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətinə inamın, partiyaya dəstəyin göstəricisidir. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabrın 28-də parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsi, dekabrın 2-də Milli Məclisin plenar iclasında bu məsələyə baxılaraq, dövlətimizin başçısı İlham Əliyevə müraciət göndərilməsi, həmçinin ölkə Prezidenti tərəfindən bu mühüm addımın qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi və ona müsbət cavabın əsasında Prezident İlham Əliyevin 2019-cu il 5 dekabr tarixli “Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncamı bir daha bu reallığı təsdiqlədi ki, “Güclü dövlət, yüksək rifah” Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas prinsipidir. Partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər məhz bu məqsədə xidmət edir. Xalqımız tam əmindir ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının istər 23 dekabr bələdiyyə, istərsə də gəlin il fevralın 9-da keçiriləcək parlament seçkilərində qələbəsi şəksizdir. Bu qələbələr yeni-yeni hədəflərə yol açmaqla yanaşı, Azərbaycanın tarixinə yazılacaq növbəti uğur səhifələrinin sayını daha da artıracaq.

V.Rəhimzadə bildirib ki, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi üçün Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərməliyik. Heydər Əliyev yolu ilə inamla irəliləyən, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər bir vətəndaşımızın qürur mənbəyidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı ADEX-2026 sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib