Vyanada səsvermə prosesi seçicilərin yüksək fəallığı ilə başa çatıb
Vyana, 12 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar İsveçrə Konfederasiyasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36 saylı seçki məntəqəsində səsvermə prosesində seçicilərin yüksək fəallığı müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 100 faiz seçici fəallığı ilə başa çatıb.
Məntəqədə Avstriyada və səfirliyin akkreditə olunduğu Sloveniya və Slovakiyada yaşayan, eləcə də hazırda Avstriyada ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb. Konsulluq qeydiyyatındakı Azərbaycan vətəndaşlarının sayı 50 nəfərdən az olduğuna görə, Xorvatiyada yaşayan soydaşlarımız da Vyanada yaradılmış seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər.
Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern