Xətai rayonunda 500-dək Böyük Vətən müharibəsi veteranı yaşayır
Bakı, 9 may, AZƏRTAC
Xətai rayonunda da İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə bir sıra tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Müharibənin tarixə nəzər salan Xətai Rayon Icra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynli İkinci dünya mühasribəsində faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlıqdan danışıb.
Rayonun Əhmədli kəndində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva məlumat verib ki, Böyük Vətən müharibəsində bu kəndin 178 sakini iştirak edib. Onların 55-si həlak olub. Hazırda isə Xətai rayon ərazisində 500-ə yaxın Böyük Vətən müharibəsi veteranı yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]