XOCALI FACİƏSİ TARİXİMİZİN QANLI SƏHİFƏSİDİR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 25-də İ.Əbilov adına Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın işğalçı ordusunun Azərbaycanın qədim Xocalı şəhərinə təcavüz etməsi, yüzlərlə günahsız insanın qətlə yetirilməsi haqqında danışmışdır.
Respublikanın əməkdar müəllimi Məlahət Həsənova (Bakıdakı 150 saylı orta məktəb) Xocalı faciəsi mövzusunda ətraflı məruzə ilə çıxış etmişdir.
Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov bəstəkarlarımızın Xocalı faciəsinə həsr olunmuş əsərlərindən söz açmış, şair Sevinc Nuruqızı bu mövzuda şeirlərini oxumuşdur.
Sonda mərkəzin nəzdindəki “Mədəniyyət inciləri” uşaq teatrının ifasında Racu Şıxlının “366-cı” əsəri əsasında hazırlanmış birhissəli, eyniadlı tamaşa göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]