XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ KOMPOZİSİYA NÜMAYİŞ ETDİRİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilmiş, faciə qurbanlarının xatirəsi yad olunmuşdur.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək işğalçılıq siyasəti aparan ermənilərin torpaqlarımızda, o cümlədən Xocalı şəhərində törətdikləri qanlı hadisələrdən danışmışdır.
Rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə məkrli düşmənin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda 613 nəfəri, o cümlədən 63 uşağı amansızcasına qətlə yetirdiyini xatırlatmış, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı qırğınına siyasi və hüquqi qiymət verildiyini vurğulamışdır.
Qanlı faciə barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında Heydər Əliyev Fondunun mühüm rolunu vurğulayan rektor ermənilərin işğal altında saxladıqları ərazilərimizin azad olunacağına əminliyini söyləmişdir.
Sonra Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Xocalı qırğınına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]

