Yanvarın birinci ongünlüyündə havanın minimum temperaturu Qubada qeydə alınıb
Bakı, 12 yanvar, AZƏRTAC
Respublikanın əksər bölgələrində yanvarın birinci ongünlüyündə hava şəraiti əsasən yağıntılı keçib. Havanın dekadalıq orta temperaturu çoxillik iqlim normasından 1-2º yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3º aşağı olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 6,1º, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Lənkəran-Astara, Mil-Muğan və Mərkəzi Aranda 4-5º, Şəki-Zaqatalada 3-4º, Qazax-Tovuzda 0.5-4º, Qubada 2º, Dağlıq Şirvan bölgəsində 1-2º isti qeydə alınıb.
Havanın minimum temperaturu Qubada 11º, Naxçıvan və İsmayıllıda 9º, Gədəbəy və Şamaxı 8º, Şəki və Ceyrançöldə 4º, Zərdab, Tərtər və Zaqatalada 3º, Göyçay, Lənkəran, Gəncə və Tovuzda 2º şaxta, Maştağada 0º təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]