Yaşıllıqlara ziyan vuranlar barədə tədbirlər görülüb
Bakı, 28 iyul, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində ağacların kəsildiyi, Sumqayıt şəhəri Sahil küçəsi 25 ünvanında ağacların çıxarılaraq başqa əraziyə köçürüldüyü, Qubadlı rayonunun Muradxanlı kəndi ərazisində kolların kökündən çıxarıldığı, Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində isə bir ağacın zədələndiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı Şəmkir rayonunda ağacları kəsən rayon sakini Mahirə Məmmədzadə, Sumqayıt şəhərində ağacları qanunsuz köçürən “Xəzri” yaşayış kompleksinin komendantı Fərahim Dəmirov, Mingəçevir şəhərində ağacı zədələyən “Mübarək“ ASC-nin direktoru Mehman Zeynalov, Qubadlı rayonunda isə kolları kökündən çıxaran “ABCON” QSC-nin səlahiyyətli nümayəndəsi barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]