Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaşıllıqların salınması atmosferin çirklənməsi ilə mübarizədə xüsusi rola malikdir

Bakı, 11 dekabr, AZƏRTAC 

Atmosfer havasının çirklənməsi və onun fəsadları bütün bəşəriyyəti narahat edən problemlər arasında ön yerlərdə dayanır. Atmosferi çirkləndirən əsas mənbələr təbii və antropogen olaraq qruplaşdırılır. Təbii çirklənmə adətən vulkan püskürməsi və qum qasırğaları zamanı baş verir. Atmosferin antropogen çirklənməsi müxtəlifliyi və ona daha çox ziyan verməsi ilə fərqlənir. Bu zaman müxtəlif sənaye sahələrini, o cümlədən avtomobil nəqliyyatını xüsusi qeyd etmək lazımdır.

Atmosferə atılan tullantıların 80 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür

Avtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılara dəm qazı, karbohidrogenlər, azot oksidləri daxildir. Araşdırmalara görə, 20 min kilometr məsafə qət etmiş avtomobil havaya 0,775 kiloqram qurğuşun, 40,75 kiloqram azot oksidləri, 234 kiloqram karbohidrogen və 765 kiloqram dəm qazı buraxır. Günəş işığının təsirindən həmin zərərli tullantılar kimyəvi dəyişikliyə məruz qalır onların siyahısı aşağısəviyyəli, troposferli ozonla və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə zənginləşir. Nəticədə həmin toksiki maddələr insan həyatı üçün təhlükəli və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır. Havanın çirklənməsinin ən təhlükəlisi və xoşagəlməyəni qaz, tüstü, duman və toz qarışığı olan smoqdur. Su buxarlarının kondensasiyası zamanı kiçik tüstü hissəcikləri ətrafında toplanmasından əmələ gələn smoq, xüsusilə, böyük sənaye şəhərlərində nəqliyyat vasitələrinin çox sıx olduğu ərazilər üçün xarakterikdir. Smoqun tərkibində olan ən zəhərli qaz avtomobillərin buraxdığı dəm qazı hesab olunur. Smoq zamanı havada zərərli maddələrin şiddətli konsentrasiyası yaranır ki, bu da bəzən ölümlə nəticələnir. Nümunə üçün demək olar ki, 1952-ci ildə Londonda baş vermiş smoq nəticəsində 4000 nəfər, 1984-cü ildə Hindistanın Bxopol şəhərində 2500 nəfər vəfat edib. Smoq, həmçinin minlərlə insanın ağır xəstələnməsinə səbəb olub. Smoqun bütün növləri görməni azaldır və nəfəsalma sistemini qıcıqlandırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva AZƏRTAC-a bildirib ki, əgər 1970-1980-ci illərdə şəhərlərdə atmosferi çirkləndirən mənbələr sırasında əsasən sənaye müəssisələri 70-80 faiz ilə üstünlük təşkil edirdisə, son onillikdə vəziyyət dəyişib və nəqliyyat sektoru Bakıda artıq əsas çirkləndiriciyə çevrilib. 2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib. Hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Çirkləndiricilər əsasən azot oksidləri, dəm qazı, kükürd qazı, karbohidrogenlər və digər maddələrdir”.

U.Tağıyevanın sözlərinə görə, nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılırlar. Bu da onların atmosferdə daha tez yayılmasına və konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır. Belə müəssisələrin çoxu şəhərin kənarında yerləşir.

“Nəqliyyatdan havaya atılan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqədə müşahidə olunur. Buna görə də insanlara mənfi təsir özünü daha qabarıq göstərir. Ölkəmizdə intensiv avtomobil hərəkəti olan şəhər küçələrində Neftçilər, Dərnəgül, Nobel prospektləri, 20 Yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan-Sumqayıt yolunda konsentrasiyalar qəbul olunmuş fon göstəricilərindən daha yüksək olur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, istilik effekti yaradan qazların karbon qazı, metan, azot oksidi kimi qazların 15 faizi nəqliyyat sektorunun payına düşür. Bütün bunları nəzərə alaraq şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq yollarından biri də zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməsidir. Bu baxımdan Azərbaycanda istər elektromobil, istər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühit yaratmaqla əhalinin marağını artırmağa ehtiyac var”, - deyə U.Tağıyeva qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev bildirib ki, nəqliyyat təkcə atmosferi tullantılarla çirkləndirmir. Həmçinin müasir ekologiyanın qlobal problemlərindən olan səs-küy çirklənməsini əmələ gətirir. Səs təkcə eşitmə orqanını zədələmir. Əsəb, dəri, ürək-damar xəstəliklərinə və s. səbəb olur, həmçinin hamilə qadınların sağlamlığına mənfi təsir edir. Dünya Səhiyyə Təşkilatında normal səs diapazonu 56 desibel, Azərbaycanda isə 60 desibel qəbul olunub. Bu rəqəm Bakının mərkəzi küçələrində normadan bir neçə desibel çoxdur. Aparılan tədqiqatlara görə, yaşıllıqlar atmosferdəki hissəcikləri udmaqla yanaşı, səs-küyün də qarşısını kəsmək qabiliyyətinə malikdir. Buna görə də meşə zolaqlarının, yaşıllıqların salınması vacibdir. Yaşıllıqların salınması zamanı enliyarpaqlı, hündürgövdəli, həmişəyaşıl ağaclara üstünlük verilməlidir”.

Azərbaycanda atmosferin çirklənməsi ilə mübarizə

Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb. Bu hədəfə nail olmaq üçün ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi, yaşıllıq sahələrinin artırılması vacibdir. Həmin istiqamətlərdə ölkəmizdə bir çox addımlar atılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri mütəmadi olaraq ictimai-iaşə obyektlərindən havaya tüstünün, iy-qoxunun yayılması ilə əlaqədar şadlıq saraylarında və restoranlarda monitorinqlər keçirirlər. Təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı müəyyənləşən obyekt sahibləri barəsində protokollar tərtib edilir və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərarlar qəbul edilir.

Bununla yanaşı, müxtəlif ağacəkmə aksiyaları keçirilir, əhaliyə tinglər paylanılır, plastik və polietilen məhsulların istifadəsinin azaldılması istiqamətində tədbirlər görülür.

Lakin görülən tədbirlər arasında bir təşəbbüsü xüsusi fərqləndirmək lazımdır. Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına verilən ən böyük töhfələrdən biridir. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü həm indiki, həm də gələcək nəsillərə xidmət edir: “Bizim hədəfimiz 650 min ağac idi. Lakin məlumatlar daxil olduqca görürük ki, əkilən ağacların sayı 650 mindən də çoxdur”.

Ekoloji aksiyada iştirak edən İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari: Bir gündə 650 min ağacın əkilməsi yaşıllıqların artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının intensiv udulmasına müsbət təsir göstərəcək. Ekoloji balansın pozulması dünyanı narahat edən bir məsələdir. Bu problemin aradan qaldırılması üçün hər bir insan öz qüvvəsini sərf etməlidir. Odur ki, ekoloji problemlərin həlli istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü təqdirəlayiqdir”.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat metodiki bölməsinin rəhbəri Yazgül Abdıyeva ağacların təbiətdə olan bütün canlıların yaşaması üçün vacib olan oksigen mənbəyi olduğunu qeyd edib: Mütəxəssislərin fikrincə, meşənin bir hektarı 500 nəfərin nəfəsi ilə yayılan karbon qazını udur. Yeri gəlmişkən, hər sakininə 50 ağac düşən şəhər ekoloji cəhətdən təmiz hesab olunur. Təəssüf ki, milyonlarla əhali yaşayan iri şəhərlər haqqında bu sözü demək olmur. Yeni əkilən ağaclar daha çox oksigen verir. Ona görə də xüsusilə əhalinin sayı çox olan iri şəhərlərdə mütəmadi olaraq yeni ağaclar əkilməsi vacib məsələdir.

XXI əsrin əvvəllərinə qədər vaxtilə mövcud olan meşə sahələrinin təxminən yarısı sıradan çıxıb və təəssüf ki, bu proses hələ də davam edir. Meşə iqlimə və havaya, karbon qazı tarazlığına əhəmiyyətli dərəcədə təsir göstərir və bilavasitə insanlara münasibətdə olduqca böyük sanitar-gigiyenik və müalicəvi əhəmiyyətə malikdir. Yaşıllıq zonaları şəhərin havasının təmizlənməsində müstəsna rol oynayır. 24 saat içində bir ağac orta hesabla üç nəfərin tənəffüsü üçün lazım olan oksigen sintez edir. İsti günəşli bir gündə bir hektar meşə havadan 220-280 kiloqram karbon qazı udur və 180-200 kiloqram oksigen buraxır. Bir hektar iynəyarpaqlı ağac ildə 40 tona qədər, yarpaqlı ağaclar isə təxminən 100 tona qədər toz tutur. Yaşıllıq zolaqları avtomobil nəqliyyatı ilə ifraz olunan zərərli tullantılarla mübarizə üçün kifayət qədər təsirli vasitədir. Araşdırmalar göstərir ki, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və təxminən 200 kiloqram karbon qazı buraxır”.

Yaşıllıqların salınmasının atmosfer havasının çirklənməsi ilə mübarizədə xüsusi rola malik olduğunu nəzərə alsaq, bir gündə 650 min ağac əkmək təşəbbüsünün təkcə Azərbaycan üçün deyil, planetimiz üçün nə qədər əhəmiyyətli olduğunu təxmin edə bilərik. Bir neçə ilə həmin fidanlar böyüyəcək və ölkəmiz yaşıllığa qərq olunacaq. Nəticədə həm atmosfer havası təmizlənəcək, həm də ölkəmiz iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verəcək. Bütün bunlar Azərbaycanda atmosfer havasının çirklənməsinə qarşı tədbirlərin diqqət mərkəzində olduğunu bir daha sübut edir.

Göyçək Mahmudlu,

AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı ADEX-2026 sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur