Yazqabağı ilk iməcilikdə Pirallahıda 400-dən çox ağac əkilib
Bakı, 3 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə Pirallahı rayon təşkilatının başladığı “700 min ağac əkək“ kampaniyası davam edir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən iməcilikdə partiyanın rayon təşkilatının fəalları, ərazi ilk partiya təşkilat sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı rayonda yeni salınacaq parkda 400-dən çox zeytun və şam ağacı əkilib.
Yaz fəsli boyu iməciliklərin davam etdirilməsi, təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması məqsədilə aparılan yaşıllaşdırma tədbirlərinin daha da genişləndirilməsi nəzərdə tutulub.