Yüksək Liqa: “Araz-Naxçıvan” komandası ikinci qələbəsini qazanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
“Araz-Naxçıvan” komandası futzal üzrə Yüksək Liqada ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də yarışın ikinci turunda Naxçıvan təmsilçisi “Neftçi”ni qəbul edib. “Olimpk Star”da təşkil olunan matçda “Araz-Naxçıvan” 4:1 hesablı qələbə qazanıb.
Baş hakim Əli Cəbrayılovun idarə etdiyi oyunda Naxçıvan klubunun heyətində Xətai Bağırov və İsa Atayev dubl ediblər. Rəqib komandanın qolunu isə İlkin Hacıyev vurub.
İlk turda “Araz-Naxçıvan” komandası “Record club”a 4:2 hesabı ilə qalib gəlib, “Neftçi” isə EKOL-a uduzub - 2:9.
İkinci turun ilk oyununda “Baku Fire” komandası “Xilə”ni 7:5 hesabı ilə məğlub edib.
Tura oktyabrın 8-də keçiriləcək “Alyans” - “Record club” və EKOL - U-19 oyunları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]