ZİNƏDDİN ZİDAN SON 50 İLDƏ AVROPANIN ƏN YAXŞI FUTBOLÇUSUDUR
UEFA-nın azarkeşlər arasında keçirdiyi yubiley sorğusunun yekunlarına görə, Fransa yığma komandasının heyətində dünya və Avropa çempionu olmuş, Madridin “Real” klubunda Çempionlar liqasının qızıl medalını qazanmış Zidana 123 min 582 adam səs vermişdir.
Alman Frans Bekkenbauer ikinci (122.559), holland Yohan Kroyff üçüncü (119.332) yeri tutmuşlar.
UEFA öz yubileyinin bayram edilməsi çərçivəsində azarkeşlər arasında sorğunu son yarım əsrdə Avropanın 50 ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədi ilə keçirmişdir. Bunun üçün UEFA-nın əsası qoyulduğu 1954-cü ildən bəri yaşıl meydanlarda fərqlənmiş 250 namizəddən ibarət siyahı tərtib olunmuşdu.
Səsvermədə, ümumən, 150 min adam iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]