Konsul Nurbek Almaşov: Biz ölkələrimizə qarşılıqlı olaraq turistlərin cəlb edilməsində maraqlıyıq VİDEO
Bakı, 15 avqust, Aygün Həsənova, AZƏRTAC
Biz ölkələrimizə qarşılıqlı olaraq turistlərin cəlb edilməsində maraqlıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfirliyinin konsulu Nurbek Almaşov deyib.
Qazaxıstanla Azərbaycanın qonşu ölkələr olmaqla yanaşı, siyasət və digər sahələrdə olduğu kimi, turizm istiqamətində də strateji tərəfdaş olduğunu deyən konsul hazırda bu sahədə əlaqələrin inkişaf etdiyini bildirib: “Biz azərbaycanlı turistlərin Qazaxıstana, qazax turistlərin isə Azərbaycana cəlb olunması istiqamətində işləri genişləndirmək niyyətindəyik. Düşünürük ki, yaxın gələcəkdə görülən işlər öz bəhrəsini verəcək, vətəndaşlarımız qarşılıqlı şəkildə daha çox səfərlər edəcəklər”.