Bu ilin əvvəlindən indiyədək Azərbaycanda seysmoloji durum fon səviyyəsindədir VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Bu ilin əvvəlindən indiyədək Azərbaycanda seysmoloji durum fon səviyyəsindədir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli oktyabrın 23-də jurnalistlərə açıqlamasında deyib.
Ölkəmizdə yaxın günlərdə güclü təkanın gözlənilmədiyini bildirən Q.Yetirmişli vurğulayıb ki, il ərzində baş verən təkanların hamısı zəif olub. “Onu da biz fon səviyyəsi kimi qəbul edirik. Bu gün elə bir bölgə yoxdur ki, orada güclü aktivləşmə baş versin, güclü dağıdıcı zəlzələ gözlənilsin. İndiyədək aparılan tədqiqatlar bunu göstərir. Yaxın günlərdə də elə bir güclü təkan gözlənilmir ki, onun nəticəsində böyük çatlar yaransın”, - deyə Q.Yetirmişli qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]