1 saylı Sumqayıt “ASAN xidmət” – 10 il
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi 2013-cü il mayın 3-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb.
Mərkəz açılışdan iki gün sonra fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəz müvafiq xidmətlər üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir.
On illik fəaliyyəti dövründə mərkəzə ümumilikdə 6 milyon 140 mindən çox vətəndaş müraciəti daxil olub. Eyni zamanda, Səyyar ASAN xidmət avtobusu vasitəsilə 171 mindən çox vətəndaş müraciəti qəbul olunub.
Gündəlik orta müraciət sayı iki minə yaxındır.
1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində 3 min 400 nəfər könüllü fəaliyyət göstərib. Həmin dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, tamaşalar, idman yarışları intellektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.