20 YANVAR FACİƏSİNİN 17-Cİ İLDÖNÜMÜ QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ DƏ QEYD EDİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar Avropanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən qeyd ediləcəkdir.
Yanvarın 20-də Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti, Norveçdə fəaliyyət göstərən “Xəzər Yanar” dərnəyi, Hollandiyada Azərbaycan Türk Kültür Cəmiyyəti tərəfindən şəhidlərimizin xatirəsini anma mərasimləri keçiriləcəkdir. Tədbirlərin təşkilindən əsas məqsəd Avropa ictimaiyyətini Azərbaycan xalqının məruz qaldığı bu amansız cinayət haqqında məlumatlandırmaqdır. Keçiriləcək tədbirlər çərçivəsində fotosərgilər təşkil olunacaq, iştirakçılara 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumatlar veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]