20 Yanvar xalqımızın yaddaşında silinməz iz buraxmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar xalqımızın yaddaşında silinməz iz buraxmışdır.
Şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakinlərindən biri də Allahverdi Allahverdilidir.
AZƏRTAC-a müsahibəsində A.Allahverdili bildirmişdir ki, 20 Yanvar xalqımızın milli azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir.
Həmin müdhiş gecənin şahidlərindən biri olduğunu deyən paytaxt sakini Qanlı Yanvarı heç vaxt unutmayacağını demişdir. Çünki öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həyatlarını qurban verərək şəhidlik zirvəsinə ucalmışlar. Onlar öz canlarından keçərək ölkəmizin müstəqilliyinə yol açmışlar.
A.Allahverdili, həmçinin qeyd etmişdir ki, 20 Yanvar şəhidləri bununla da azadlığı hər bir nemətdən, hətta canlarından belə üstün tutduqlarını bütün dünyaya nümayiş etdirdirlər. Onların adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]