Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ya bu bayrağı Qarabağa sancacağıq, ya da ona bükülərək qayıdacağıq” VİDEO

Naxçıvan, 19 sentyabr, AZƏRTAC

Müzəffər Ordumuzun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatından 2 il ötür. Həmin əməliyyat zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə Naxçıvandan olan 10 hərbçi də böyük şücaət və qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin şəhidlərdən biri 1997-ci il sentyabrın 26-da Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Elçin İbrahimlidir. Elçin elə məktəbdə oxuduğu dövrdə davranışı, dərslərinə məsuliyyətli yanaşması ilə müəllimlərinin hörmətini qazanmışdı. Qəlbindəki Vətən sevgisi və dayısının da hərbçi olması onun bu peşəni seçməsinə vəsilə olub. Həm orta, həm də ali hərbi təhsilə yiyələnib. 2019-cu ildə leytenant hərbi rütbəsi ilə Tərtər rayonunda hərbi hissədə mühəndis-istehkam taqımının komandiri vəzifəsində xidmətə başlayır.

Elçin 2020-ci ilin sentyabr ayında məzuniyyət götürərək Naxçıvana gəlir. Sentyabrın 27-də müharibənin başladığını eşidən kimi dərhal xidmət etdiyi Tərtər rayonuna qayıtmaq istəyir. Lakin yollar bağlı olduğu üçün gedə bilmir. “Mənim yoldaşlarım döyüşür, mən burada dayana bilmərəm”,- deyib səfərbərlik xidmətinə müraciət edir və onu döyüş bölgəsinə göndərmələrini istəyir. Oktyabrın 6-da bir qrup hərbçi ilə döyüş bölgəsinə yola salınır. Elçin bundan bir gün əvvəl özü ilə Dövlət Bayrağımızı götürmüşdü. Anası ilə sağollaşarkən “Ya bu bayrağı Qarabağa sancacağıq, ya da ona bükülərək qayıdacağıq”, - deyir. Və belə də olur. Qarabağa üçrəngli Bayrağımızı Zəfər nidaları ilə sancıb geri dönən igidlərimiz sırasında Elçin İbrahimli də yer alır.

Vətən müharibəsində Suqovuşanın azad olunmasında böyük şücaət və qəhrəmanlıq göstərən Elçin 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatında Ağdam-Ağdərə istiqamətində bir neçə hərbçi ilə düşmənin postunu darmadağın edərək Ağdərənin yüksəkliyinə ilk qalxanlardan olur. Verilən tapşırığı qəhrəmancasına yerinə yetirir, lakin son anda düşmənin zirehli texnikadan açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalır… O, sentyabrın 21-də doğma torpağı Naxçıvana qayıdır. Üçrəngli Bayrağı ilə birlikdə...

Babası Fəxrəddin İbrahimov deyir ki, fikirləşəndə onun uşaqlığı, məktəb illəri, gəncliyi kino lenti kimi gözümün önündən gəlib keçir, xatirələr dil açıb danışır: “Elə uşaqlıqdan vətənpərvərlik, Vətənə xidmət Elçinin qəlbinə, ruhuna hopmuşdu. Dayısı, yəni oğlum Zaur da hərbçidir. Zaur məzuniyyətə gələndə onun hərbi geyimlərini geyinir, hərbi papağını başına qoyurdu. “Baba mən də dayım kimi komandir olacağam. Vətənimi göz bəbəyi kimi qoruyacağam”- deyirdi. Qorudu da”.

Fəxrəddin baba Elçin haqqında son xatirəsini danışanda göz yaşlarını saxlaya bilmir. Bildirir ki, 2023-cü il sentyabrın 19-da Elçin onun telefonuna mesaj göndərib: “Babam mənim, mən səni çox sevirəm, özündən muğayat ol. Sən mənə həm baba, həm də ata olmusan”. Bu sözlər mənə çox təsir etmişdi... Həmin gün axşam saat 8-də şəhid olduğu xəbəri gəldi”.

Elçin İbrahimlinin anası Aynurə İbrahimova ilə söhbət edirik. Deyir ki, uşaqlıqdan oğlunu hərbçi kimi böyütmək istəyib. “Körpəliyindən Elçini hərbçi ruhunda tərbiyə etməyə, hərbi forma geyindirməyə çalışırdım. Başına hərbi papaqlar qoyurdum. Elçin balaca olanda dayısı ali hərbi məktəbdə kursant idi. Həmişə məzuniyyətə gələndə oyuncaqlar alıb gətirərdi. Elçin ancaq əsgər oyuncaqları ilə oynayardı. Orta məktəbdə də hərbi-vətənpərvərlik mövzusuna həsr edilən tədbirlərdə iştirak etməkdən ötrü can atırdı”, - deyir şəhid anası.

Aynur xanım söhbətinə davam edir: “44 günlük Vətən müharibəsindən balam Qələbə sevinci ilə qayıtdı. “Qisas” əməliyyatından da sağ qayıtdı. Ancaq antiteror əməliyyatında şəhidlik zirvəsinə yüksəldi. Biz ana-bala yox, həmişə dost olmuşuq. Nə dərdi-səri olsa, birinci mənimlə bölüşərdi. Deyirdi sənlə danışanda, məsləhətləşəndə rahatlıq tapıram. İndi təsəllim odur ki, Elçin xalqımızın 30 illik Vətən həsrətinə son qoyan igidlərimiz arasındadır. Hər bir azərbaycanlı, qohum-əqrəba, dost-tanış, müəllimləri, sinif yoldaşları onunla fəxr edir”.

Elçin İbrahimli 2021-ci ildə ailə həyatı qurmuşdu. Sağ ikən ən böyük arzularından biri də həyat yoldaşı Ceyran xanımı həkim görmək idi. Həyat yoldaşının biologiya ixtisas üzrə ali təhsili olsa da, məhz şəhidin arzusunu yerinə yetirmək üçün əzmlə hazırlaşıb. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanında uğur qazanaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla həm Vətən müharibəsi, həm də ondan sonrakı əməliyyatlarda şücaət və qəhrəmanlıq nümunəsi göstərdiyi üçün Elçin İbrahimli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Suqovuşanın azad olmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

“Ya bu bayrağı Qarabağa sancacağıq, ya da ona bükülərək qayıdacağıq” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “oteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

Samara hava limanında məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

BMT-nin COSP19 konfransında əlilliyi olan şəxslərin hüquqları müzakirə olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu mövsüm bizə çox dəyərli təcrübə qazandırdı

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

®  Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

® Dəyərli və təkrarolunmaz – “Rolls-Royce Motor Cars Baku Bespoke” fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir VİDEO

Lu Mey: Azərbaycan və Çin xalqları arasında əlaqə getdikcə daha da möhkəmlənir

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır

Xəzər dənizində zəlzələ olub VİDEO

Xəzər dənizində zəlzələ olub VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

Azərbaycan nefti 95 dollara satılır VİDEO

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Araz çayında batan şəxsin meyiti tapılıb VİDEO

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər