Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

Xocavənd, 8 sentyabr, AZƏRTAC

Bir vaxtlar işğalın ağır izlərini daşıyan, evləri və küçələri viran qoyulan Xocavənddə bu gün həyat yenidən qaynayır. Şəhərin küçələrində insanların səsi eşidilir, evlərin pəncərələrindən işıq saçılır, həyətlərdə ağaclar əkilir, bağlarda ilk məhsullar yetişir. İllər boyu həsrət qalan torpaq indi öz sakinlərinin addımlarını, zəhmətini və sevincini yenidən duyur. Küçələrdə uşaqların gülüşü, həyətlərdə samovarın tüstüsü, ağaclardan gələn meyvə ətri Xocavəndin dəyişən simasını göstərir. Bu şəhərdə indi hər yeni ev, hər əkilən ağac, hər uşaq səsi doğma yurda qayıdışın və yeni həyatın rəmzinə çevrilir.

Uzun illər doğma yurdlarından ayrı düşən ailələr indi ata-baba torpaqlarında yeni həyat qururlar. Hər qayıdan ailə ilə Xocavəndin yaddaşına yeni bir səhifə yazılır. Bu səhifələrdə illərin həsrəti, qayıdışın sevinci və gələcəyə böyük ümid var.

AZƏRTAC-ın bölgə müxbirinin budəfəki səfəri Xocavənd şəhərinə olub. Şəhərin küçələrində, həyətlərində və evlərində müşahidə etdiyimiz mənzərələr bir həqiqəti aydın göstərir: Xocavənd təkcə yenidən qurulmur, burada həyat yenidən qaynayır.

Şəhərdə məskunlaşan ailələrdən biri də Məmmədovlardır. Onların həyətinə daxil olarkən ailənin xoşbəxtliyi üzlərindən oxunur. Ailə başçısı Xəyyam Məmmədov həyətində böyütdüyü ağaclara, əkdiyi güllərə qulluq edir. Böyük övladı isə üzüm yığır. Bir neçə dəqiqə sonra evin xanımı samovarı gətirir. Artıq samovar çayının hazırlanma vaxtıdır.

Evin böyük oğlu topladığı üzümləri qardaşları ilə bölüşür, bir tərəfdən də həyətdəki yelləncəkdə vaxt keçirir. Bu mənzərə illər sonra doğma yurda qayıdan bir ailənin sadə, lakin çox qiymətli xoşbəxtliyini əks etdirir.

İllər sonra doğma torpaqda qurulan yeni həyat

Ailə başçısı Xəyyam Məmmədovla həmsöhbət olduq. Onun 12 yaşından ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşadığını, illər ərzində hansı çətinliklərdən keçdiyini və bu gün doğma yurda qovuşma sevincini dinlədik: “Mən Xocavənd rayonunda anadan olmuşam. 1988-ci ildə burada vəziyyət çətinləşmişdi. Həmin vaxt atam və böyük qardaşım kənddə qaldı, biz uşaqları və qadınları isə kənddən çıxardılar. Daha sonra, 1990-cı ildə yenidən Xocavəndə qayıtdıq. Həmin vaxt atam artıq rəhmətə getmişdi. 1992-ci ildə döyüşlər başlayanda 10 nəfərdən ibarət ailəmizlə birlikdə doğma yurdumuzdan məcburi köçkün düşdük. O vaxt mən balaca uşaq idim. Atam rəhmətə getdiyi üçün qardaşım bizə ata əvəzi oldu. Məcburi köçkünlük vaxtı biz İmişlidə, qohumlarımızın yarısı Beyləqanda, yarısı isə müxtəlif rayonlarda məskunlaşdılar. Hər kəs bir yerə köçmüşdü. Buna baxmayaraq, həyat davam edirdi. Biz də böyüyür, yaşa dolurduq”.

Xəyyam Məmmədov bildirir ki, Azərbaycanın hər guşəsi Vətən olsa da, onların arzuları məhz doğma yurdlarında yarımçıq qalmışdı. İllər boyu ümidlərini itirməyən həmsöhbətimiz bu torpaqlara qayıdacaqları günü səbirsizliklə gözlədiklərini vurğulayır: “Düzdür, Azərbaycanın hər yeri Vətəndir. Lakin bizim arzularımız doğma yurdumuzda yarım qalmışdı. Ümidimizi heç vaxt itirmədik. Bu yerlərə qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Şükürlər olsun, bu gün həmin arzu gerçəkləşib. Mən 12 yaşımda tərk etdiyim doğma yurduma 47 yaşımda ailəm və dörd övladımla qayıtmışam. Qızım ailəlidir, üç oğlum isə bizimlə Xocavəndə qayıdıb. Doğma yurda qayıdanda bir gözümüzdə sevinc, bir gözümüzdə isə kədər var idi. Sevincimiz ondan idi ki, artıq doğma torpağımıza qayıtmışdıq.

Bura gələndə ilk üz tutduğum məkan ata-babalarımın dəfn olunduğu məzarlıq oldu. Orada qəbirlərin dağıdıldığını gördüm. İşğal illərində məzarların dağıdılması məni çox kədərləndirdi. Buna baxmayaraq, bizim ən böyük təsəllimiz odur ki, artıq doğma elimizə qayıtmışıq. Dövlətimiz sağ olsun, bizə üç otaqlı, mətbəxi və bütün şəraiti olan ev verib. Geniş həyətimiz var. Bura gələndən sonra həyətyanı sahəmizdə ağaclar, güllər əkmişik. Hazırda həyətimizdə üzüm, fındıq, nar, qoz, əncir və xurma ağacları böyüyür”.

Müsahibim vurğulayır ki, hazırda həyətyanı sahələrində ev quşları saxlayır və gələcəkdə heyvan təsərrüfatı yaratmağı planlaşdırır. Doğma yurduna qayıtdıqdan sonra usta kimi fəaliyyətini davam etdirən Xəyyamın sözlərinə görə, burada özünü çox xoşbəxt hiss edir. Böyük oğlu artıq işləyir, digər iki oğlu isə məktəblidir.

Məmmədovlar ailəsi dörd aydır ki, Xocavəndə qayıdıb. Bu dörd ay onun üçün son dərəcə əzizdir, çünki illərdir görmədiyi insanlarla indi yenidən bir arada yaşayır. Küçədə uşaqlıq və sinif yoldaşları ilə qarşılaşarkən sanki keçmişə qayıtdığını deyən Xəyyam, illərlə istifadəsiz qalan bu bərəkətli torpaqların, ağacların və təbiətin məhz doğma sakinləri gəldikdən sonra yenidən dirçəldiyini deyir.

“Bu torpaqlar bizə şəhidlərin əmanətidir”

Mirəli Məmmədli ailənin böyük oğludur. Onun Xocavənd barədə təsəvvürü yalnız valideynlərindən eşitdikləri və dərsliklərdə oxuduqları əsasında formalaşıb. Doğma yurdun gözəlliyini xəyal edərək böyüyüb. İndi isə ata-baba torpağına qayıtdığı üçün özünü xoşbəxt hiss edir: “Xocavənd barədə təsəvvürüm sadəcə eşitdiklərimdən yaranmışdı. Bura gələndə isə daha gözəl bir yer olduğunu gördüm. Mən məktəbdə oxuyanda İkinci Qarabağ müharibəsi oldu. Hər gün torpaqlarımızın işğaldan azad edilməsi xəbərlərini eşidirdik. Sevincimin həddi-hüdudu yox idi. Sevinirdim ki, artıq biz də öz ata-baba yurdumuza qayıdacağıq. Mənim üçün əvəzolunmaz hisslərdən biri də qalib Ordunun sıralarında hərbi xidmətə yollanmağım oldu. Qalib Ordunun əsgəri olmaq mənə böyük qürur verdi. 2024-cü ildə hərbi xidmətə yollandım və 2026-cı ilin yanvarında tərxis olundum. Çox qürurlu idim. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra isə mənim üçün daha bir gözəl an nəsib oldu. Ailəmizlə birlikdə Xocavəndə qayıtdıq”.

O deyir ki, doğma yurduna gəldikdən sonra gələcəklə bağlı çoxlu arzuları yaranıb və artıq burada daimi yaşamaq niyyətindədir. Onun sözlərinə görə, bu müqəddəs və doğma torpaqlar onlara şəhidlərin əmanətidir.

Xocavənddə Məmmədovlar ailəsinin həyətində gördüyümüz mənzərə əslində Qarabağda baş verən böyük qayıdışın kiçik, lakin çox mənalı bir nümunəsidir. Burada əkilən hər ağac, salınan hər bağ, açılan hər ev qapısı illərlə həsrətlə gözlənilən qayıdışın rəmzidir.

Bir vaxtlar səssizliyə qərq olan küçələr indi insan səsləri ilə canlanır. Uşaqların gülüşü, həyətlərdə görülən işlər, samovar başında qurulan söhbətlər bu torpaqlara həyatın qayıtdığını göstərir. İnsanlar doğma yurda qayıtmaqla yalnız evlərinə deyil, yarımçıq qalmış arzularına da qovuşublar. İllərlə həsrətini çəkdikləri torpaqlara qayıdan insanlar burada keçmişin yaralarını sağaltmaqla yanaşı, gələcəyin təməlini də qururlar.

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır. Bu şəhərdə həyat yenidən başlayır. Və bu yeni həyatın ən gözəl mənzərəsi illər sonra öz doğma yurdunda rahat nəfəs alan insanların üzündəki təbəssümdür.

Müxbir-Aydın Yavərzadə

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıblar

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

® Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir