ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində “Konfutsi institutları günü” qeyd olunub

Bakı, 25 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının nəzdindəki Konfutsi İnstitutu universitetin tələbə və müəllim heyəti ilə birlikdə Qlobal “Konfutsi institutları günü”nə həsr edilmiş tədbir təşkil edib.

Tədbir çərçivəsində Çin və Azərbaycan dillərində şer müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli və Çin üzrə direktoru xanım Luo Siaocı çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, Azərbaycanda Çin dilinin tədrisinin inkişafına həsr olunan müsabiqənin təşkilinin məqsədi ölkəmizdə bu dilə marağı artırmaqdır.

Sonra müsabiqə çərçivəsində Çin dilini öyrənən, Çin milli mədəniyyətini sevən azərbaycanlılar bilik və bacarıqlarını nümayiş etdiriblər. “Vətən” mövzusuna həsr olunmuş şer müsabiqəsində 50-yə yaxın iştirakçı Çin və Azərbaycan dillərində 20 şer təqdim edib.

Müsabiqədə Konfutsi İnstitutunun tələbələri ilə yanaşı, Çin dilini öyrənən digər gənclər də iştirak ediblər.

Konfutsi İnstitutunun müəllimləri Çin milli rəqsi təqdim edib. Onların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Müsabiqənin sonunda ilk üç yerə layiq görülənlərə və fərqlənənlərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, BDU-nun nəzdindəki Konfutsi İnstitutu ənənəvi olaraq hər il Qlobal “Konfutsi institutları günü”nə həsr olunmuş bir sıra tədbirlər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.