SOCAR Ukraynada sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir
Kiyev, 6 fevral, AZƏRTAC
“SOCAR Energy Ukraine” şirkəti Ukraynada həyata keçirilən sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, SOCAR Ukraynada sosial və mədəni həyatın inkişafına 5 milyon dollardan çox sərmayə qoyub. “SOCAR Energy Ukraine” bu il yeni sosial və mədəni layihələri maliyyələşdirməyi planlaşdırır. Bu layihələrə Azərbaycan dilinin, milli mətbəxinin, musiqisinin təbliği daxildir.
Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu il dekabrında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 300 milyon dollardar çox sərmayə yatırılıb. Ukrayna ərazisində “SOCAR Energy Ukraine” şirkətinə məxsus 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir. Ukrayna ərazisində “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin (YDM) sayının artırılması üçün işlər davam etdirilir, müvafiq qurumlarla yazışmalar aparılır. Hazırda premium sinfinə aid YDM şəbəkəsinə Ukraynanın 11 vilayətində quraşdırılmış 60-dan çox yanacaqdoldurma kompleksi daxildir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]