DÜNYA


Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Ankara, 1 yanvar, AZƏRTAC 

Türkiyənin Kocaeli vilayətinin Kartepe rayonunda yerləşən “Cengiz Topel” hava limanından səmaya qalxan təlim təyyarəsi qəza edib.

AZƏRTAC xəbər verir ki, iki nəfərlik “Cessna 152” tipli təyyarə ağacların arasına düşüb. Qəzaya səbəb təyyarənin mühərrikinin sönməsi olub. Pilot yaralanıb, müdavim isə xəsarətsiz ötüşüb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.