Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qəlbimiz həmişə Zəngilanda qalmışdı” – Şəhərdəki ilk yaşayış kompleksindən reportaj

Zəngilan, 15 may, AZƏRTAC

Şərqi Zəngəzurda həyat yenidən öz axarına qayıdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri nəticəsində doğma yurd həsrətinə son qoyaraq evlərinə dönən sakinlərin sayı gündən-günə artır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Böyük Qayıdış" proqramı çərçivəsində Zəngilan şəhəri artıq ilk sakinlərini qəbul edib. Şəhərdə məskunlaşma prosesi sürətlə davam edir, ailələr uşaqlıq xatirələrinin izi ilə gəlib burada yeni və firavan həyata qədəm qoyurlar.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyyə Rza bildirib ki, Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin təməli 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Dövlətimizin başçısı tikintinin gedişatını daim diqqət mərkəzində saxlayaraq, 2024-cü və 2025-ci illərdə kompleksdə aparılan işlərlə şəxsən tanış olub.

Ümumi ərazisi 2 hektardan artıq olan bu müasir yaşayış kompleksi 12 binadan ibarətdir. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.

Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli istiqamətində bir sıra işlər də görülüb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Sonra sakinlərlə söhbət edirik. Doğma yurdlarına qayıdan insanların sevinci yerə-göyə sığmır. Şəhər sakini Yaqub Yaqubov hisslərini bizimlə bölüşərək deyib: “1993-cü ildə Zəngilan işğal olunanda 13 yaşım var idi. O günləri xatırlamaq çox ağırdır. Doğma yurdumuzu tərk edərək məcburi köçkün həyatı yaşamağa başladıq. İllərlə müxtəlif yerlərdə yaşasaq da, qəlbimiz həmişə Zəngilanda qaldı. Ən böyük arzumuz bir gün doğma torpaqlarımıza geri dönmək idi. Uzun illər sonra yenidən doğma şəhərimə qayıtmaq mənim üçün sözlə ifadə olunmayacaq hissdir. Bu gün burada olmaq, uşaqlıq xatirələrimin olduğu küçələri yenidən görmək böyük xoşbəxtlikdir. Zəngilanı tamamilə dəyişmiş, yenilənmiş və müasir şəhər kimi görürük. Burada insanlar üçün hər cür şərait yaradılıb”.

Yaqub Yaqubov daha sonra əlavə edib: “Bu sevincli günləri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azad edildi və biz doğma yurdumuza qayıtdıq. İndi ən böyük arzum odur ki, Zəngilan daha da inkişaf etsin, burada həyat tam canlansın və gələcək nəsillər bu torpaqlarda firavan yaşasınlar.”

Ömrünün böyük hissəsini müəllim kimi Zəngilanda işləmiş Hafizə Bayramova üçün isə qayıdış sanki yenidən doğulmaqdır. “Mən Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuşam. Ailə qurduqdan sonra Zəngilan şəhərində yaşamışam, müəllim işləmişəm. Sonra doğma yurdumuzdan məcburi köçkün düşdük. İllərlə Zəngilansız yaşasaq da, ümidimizi bir an belə itirmədik. İnandıq ki, bir gün doğma torpaqlarımıza qayıdacağıq. İndi isə həmin xoşbəxt günləri yaşayırıq. Məhəllələrimizin abadlığı, yaradılan yüksək şərait insanda böyük qürur hissi doğurur”, - deyə o bildirib.

Zəngilanın küçələrində yenidən eşidilən uşaq gülüşləri və sakinlərin çöhrəsindəki məmnunluq hissi “Böyük Qayıdış”ın ən real və bariz nümunəsidir. 33 illik həsrətdən sonra yenidən alovlanan ocaqlar Zəngilanın müasir memarlıq üslubu ilə vəhdət təşkil edərək, şəhərə yeni bir nəfəs verir. Bu gün Zəngilan öz sahiblərini sadəcə qəbul etmir, həm də onları layiq olduqları ən yüksək həyat standartları ilə qarşılayır. Doğma yurdun hər qarışında hiss olunan bu canlanma gələcəkdə bütöv bir regionun parlaq inkişafından xəbər verir.

Müxbir - Aydın Yavərzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Şəfa" futbol üzrə Azərbaycan Premyer Liqasına yüksəlib

Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb

Politoloq: Qlobal böhranların dərinləşdiyi dövrdə Azərbaycan sabitlik və əməkdaşlıq məkanı yaradır

Kəlbəcərdə həyat yenidən qurulur: doğma yurda qayıdanlar sevincini bölüşür

Dövlət Məşğulluq Agentliyinin sədri: Gənclər peşə seçərkən yalnız bu günün deyil, sabahın əmək bazarını da nəzərə almalıdırlar VİDEO

Dövlət Məşğulluq Agentliyinin sədri: Gənclər peşə seçərkən yalnız bu günün deyil, sabahın əmək bazarını da nəzərə almalıdırlar VİDEO

WUF13: Qlobal strategiyalardan şəhər həllərinə - ŞƏRH

Bakı, Gəncə və Zərdabda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Azərbaycan sülh gündəmini formalaşdırsa da, istənilən ssenariyə hazır vəziyyətdədir ŞƏRH

WUF13 nəqliyyat xidmətləri artıq istifadəyə verilib

Kəlbəcər "İstisu"su beynəlxalq bazarlara çıxır - illik istehsal gücü 100 milyon butulkadır

Avropa Elmi Redaktorlar Assosiasiyası çərçivəsində yeni əməkdaşlıq istiqamətləri

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard manatlıq məhsul satılıb

Ekspert: Ələt limanı və Azərbaycanın dəmir yolu infrastrukturu Orta Dəhlizin rəqabət qabiliyyətini artırır

Nazir müavini: Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb

Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir- ŞƏRH

ABŞ Prezidenti: İranın son təklifinə baxdım

Premyer Liqa: Autsayderlərin duelindən “Qəbələ” qalib ayrılıb

Ədəbiyyat Muzeyində Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd olunub

İşğaldan azad olunmuş ərazilərdə həyat sürətlə bərpa olunur - RƏY

Zar kəndi Kəlbəcərdə Böyük Qayıdışın növbəti ünvanı olacaq – 547 ev tikilir FOTO

“Azərbaycan Dəmir Yolları” WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub

Sənaye zonalarında istehsalın həcmi 12,2 faiz artıb

Muğama bağlı ömür və müəllim missiyası VİDEO

Muğama bağlı ömür və müəllim missiyası VİDEO

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş virtual sərgi hazırlanıb

Dövlət qurumları arasında minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş - FOTOLAR

® Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

Kəlbəcərin şəfa mənbəyi olan “Zülfüqarlı” suları

Türkiyə mediası: Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının mövqelərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb

Prezident İlham Əliyevin Türküstandan yüksələn birlik mesajı gələcəyin yol xəritəsidir ŞƏRH

Tullantıların idarə olunması ilə bağlı yeni Fərman ekoloji təhlükəsizlik üçün strateji addımdır ŞƏRH

Nazir müavini: AŞPA-nın ölkəmizə qərəzli yanaşması Avropa Şurasının təsisat kimi bütövlüyünə ciddi xələl gətirir

Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

“Sinerjinin Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid” - Sofiyada mühüm müzakirə

Dövlət Proqramı tələbələri ABŞ-də Beynəlxalq Beyin Mərkəzində yekun tədqiqat layihələrini təqdim ediblər

Azərbaycanda 18 müxtəlif bitkilik tipinin yayılma xəritələri hazırlanıb

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizə yaxın artıb

“Qədim inanclar və arxeologiya: dinlər tarixi prizmasından” - elmi seminar

“Qəlbimiz həmişə Zəngilanda qalmışdı” – Şəhərdəki ilk yaşayış kompleksindən reportaj

Benedetto Zakkiroli: Bakı qlobal dialoq üçün məkan yaratmağı bacaran şəhərə çevrilir - MÜSAHİBƏ

® Qarabağda Milli Biznesin İnkişafı Forumunun Xankəndi xüsusi sessiyası

Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması - beynəlxalq konfrans

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir – RƏY

Prezident Kitabxanası “WUF13 Azərbaycan” elektron informasiya resursunu təqdim edib

® “Caspian Energy Club”ın üzvləri Qarabağ bölgəsini ziyarət ediblər

® “Rabitəbank” “Garmin Pay” təmassız ödəniş həllini müştərilərin istifadəsinə verib

Tokayev: Qlobal qeyri-sabitlik dövründə türk dövlətlərinin birliyi xüsusi əhəmiyyət kəsb edir

İşğaldan azad olunan Cəbrayılda 150 çarpayılıq xəstəxana inşa edilir

Makronun Cənubi Qafqaz siyasəti regional reallıqlarla toqquşur - ŞƏRH

Neft qiymətləri həftəni artımla tamamlamağa yönəlib

Radar və cərimələr yol təhlükəsizliyinin artırılmasına təsir edirmi?

Azərbaycanın quruculuq fəaliyyətinin və regional əməkdaşlıq siyasətinin dünyada analoqu yoxdur – ŞƏRH

İşğaldan azad edilmiş ərazilər Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilir FOTO

Dayanıqlı şəhər inkişafında ali təhsilin rolu ön plana çıxıb

Bu həftə qızıl və neft bazarında əks istiqamətli dinamika müşahidə olunub

Qızıl medal qazanan gimnast: Avropa çempionu olmaq üçün gecə-gündüz çalışıram

UNESCO rəsmisi: Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib

Böyük Qayıdışın növbəti ünvanı – Şükürbəyli kəndində həyat yenidən canlanır

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB 2 VİDEO

Zamanı aşan söz - Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş elmi-bədii tədbir

Rafael Fiziyev: Hər zaman zirvəni düşünmüşəm və bunun üçün çalışıram

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm dialoq məkanı rolunu oynayacaq

Elmdə yeni mərhələ: nəzəriyyədən istehsalata və Böyük Qayıdışa doğru

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib VİDEO

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib VİDEO

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib

AHLA: Futbol üzrə dünya çempionatının ABŞ-də keçirilməsi turistləri çəkindirir

İstiqlal Muzeyində Qarabağın dirçəlişinə həsr olunan sərgi açılıb

Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

Zəngəzur dəhlizi Azərbaycan və region ölkələri üçün iqtisadi dividendlər qazandıracaq – ŞƏRH

Halal investisiya və sukuk bazarının yaradılması ölkəyə xarici investorların marağını artıra bilərmi?

Azərbaycanın idman gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar VİDEO

Azərbaycanın idman gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar VİDEO

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb

Danimarkanın sabiq Kraliçası ürək əməliyyatı keçirib

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

AMEA-nın müxbir üzvü: Süni intellekt insan faktorunu tam əvəz edə bilməz

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

BMU tələbələri innovativ layihələr təqdim ediblər

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Azərbaycanın çoxvektorlu siyasəti nəqliyyat layihələrinin həyata keçirilməsində ölkənin mövqelərini möhkəmləndirir – Tomas de Vaal ilə müsahibə

Fəzail Sadıqov: Azərbaycanda narkotik vasitələrdən asılılıqla mübarizədə tibbi xidmət asan və əlçatandır

BMT-nin yüksəksəviyyəli iclasında Azərbaycanın inklüziv şəhərsalma təcrübəsindən danışılıb

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

Zaur İmranı: Turizmə yalnız gəlir mənbəyi kimi deyil, inkişaf konsepsiyası kimi yanaşılmalıdır - MÜSAHİBƏ

Baş katib: Qlobal Cənub QHT Platforması beynəlxalq təsir mexanizminə çevriləcək

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

Kubanıçbek Ömüralıyev: Ortaq dil sahəsində əməkdaşlıq türk dövlətlərinin daha da yaxınlaşmasının əsasıdır

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək

Ümumdünya Ətraf Mühit Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

İstehlak bazarında qiymətlər açıqlanıb

“Yuğ” Teatrı WUF13 çərçivəsində xarici qonaqlar üçün dörd tamaşa təqdim edəcək

“Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” - Konfrans

Son üç ildə Azərbaycanda istehsalata gedən filmlərin sayı açıqlanıb