AFFA prezidenti: Millimiz axır ki, azarkeşləri sevindirə bildi
Bakı, 17 noyabr, AZƏRTAC
Millimiz axır ki, azarkeşləri sevindirə bildi. Bu münasibətlə, hər kəsi təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, millinin baş məşqçisi Canni De Byazinin müqaviləsinin uzadılması məsələsi hələ müzakirə olunmur: “Bu, birbaşa AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda millimizin Belçika ilə oyunu var. C. Byaziyə uğurlar arzulamalıyıq ki, komandamız səfərdə yaxşı oyun nümayiş etdirə bilsin, futbolçularımızın əhval-ruhiyyəsi yüksəlsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]