AFFA rəsmiləri və Ayxan Abbasov Millətlər Liqasının püşkatma mərasiminə qatılacaqlar
Bakı, 12 fevral, AZƏRTAC
Bu gün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək UEFA Konqresi və Millətlər Liqasının püşkatma mərasimində iştirak edəcək AFFA nümayəndələri bəlli olub.
Milli assosiasiyadan AZƏRTAC-a bildirilib ki, konqresə AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov qatılacaqlar. Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Püşkatma mərasimində bu iki AFFA rəsmisi ilə yanaşı, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və direktoru İlqar Qurbanov iştirak edəcəklər. Bu tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, püşkatma mərasimində Azərbaycan millisinin D Liqasındakı rəqibləri məlum olacaq. Komanda püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Burada 6 ölkənin yığması hərəsində 3 komanda olan 2 qrupa bölünəcək. Komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matç keçirəcəklər. D Liqasında mübarizə aparacaq 4 milli komanda məlumdur. Digər iki yığma bu ilin mart ayında təşkil olunacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [13:26]
Tomas Tuxelin İngiltərə millisi ilə müqaviləsi yenilənəcək
- 12.02.2026 [13:07]
AFFA rəhbərliyi UEFA-nın Konqresində
- 12.02.2026 [12:48]
Ukraynalı idmançı Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb
- 12.02.2026 [12:03]
Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk partiyaları keçirilib
- 12.02.2026 [11:36]
“Qarabağ” – “Nyukasl” oyununa biletlərin qiyməti açıqlanıb
- 12.02.2026 [11:12]
NBA oyununda baş verən insidentə görə 4 basketbolçu cəzalandırılıb
- 12.02.2026 [10:46]
NBA: “Klivlend Kavalyers”dən ardıcıl beşinci qələbə
- 12.02.2026 [10:24]
Lionel Messi yoldaşlıq oyunu zamanı zədələnib
- 12.02.2026 [10:01]