Ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb
Bakı, 24 aprel, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi rayonlarında, eyni zamanda, Sumqayıt şəhəri, Abşeron, Masallı və Lənkəran rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Zeytun küçəsi, 40 ünvanında vətəndaş Sərdar İmanov tərəfindən, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə “SR-A Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti, Sumqayıt şəhəri, 5-ci mikrorayonda İlham Teyyubov, Abşeron rayonu, Xırdalan şəhərində Əfqan Xankişiyev, Masallı rayonu, Çaxırlı kəndində Mübariz Dadaşov, Lənkəran rayonu, Günəhir kəndində isə Günəhir bələdiyyəsi tərəfindən kəsildiyi məlum olub.
Qeyd olunub ki, faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]