Almaniyanın Azərbaycan diasporu aksiya keçirəcəkdir
Bakı, 16 aprel (AZƏRTAC). Almaniya yaşayan azərbaycanlılar aprelin 17-də Münxendə türk diasporuna dəstək aksiyası keçirəcəklər.
AZƏRTAC Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, Münxendə gizli nasional-sosialist təşkilatının üzvləri tərəfindən törədilmiş cinayətlərdə iştirak etməkdə ittiham olunan Bit Şepeninin işi üzrə məhkəmə prosesi başlanacaqdır.
Almaniyada fəaliyyət göstərən gizli nasional-sosialist təşkilatının üzvləri irqçi xarakterli 10 cinayət törətməkdə ittiham edilirlər. Bu cinayətlər nəticəsində 8 nəfər türk, bir nəfər Yunanıstan vətəndaşı və 1 polis qətlə yetirilmişdir. Bu səbəbdən Azərbaycan və türk diasporları həmin məhkəmə prosesinə xüsusi əhəmiyyət verirlər.
Almaniyada yaşayan azərbaycanlılar dünya birliyinin diqqət mərkəzində olacaq bu məhkəmə prosesində ədalətli qərar çıxarılması məsələsində türk diasporunu dəstəkləməyi planlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]