Alternativ və bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanda milli standartlar hazırlanacaq
Bakı, 23 dekabr, AZƏRTAC
Alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində İSO, İEC, QOST, TSE və sair kimi beynəlxalq qurumların qəbul etdiyi standartlara uyğun olaraq Azərbaycanda milli standartların hazırlanması planlaşdırılır. Ümumilikdə 2015-2018-ci illərdə ABOEM sahəsində 11 standartın hazırlanması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) 2015-2018-ci illəri əhatə edən Strateji Planınıda öz əksini tapıb. Planda həmçinin qeyd olunur ki, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində rəqabət qabiliyyətliliyin artırılması, texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, insanların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən avadanlıq və qurğuların istifadəsinin qarşısını almaq, milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, eləcə də daha müasir texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə Dövlət Agentliyində texniki komitənin yaradılması vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]