AMEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar AMEA-nın Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən elmi müəssisə və təşkilatların nümayəndələri, gənc alimlər Şəhidlər xiyabanını ziyarət ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.