Ankarada səsvermə uğurla başa çatıb VİDEO
İstanbul, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar Ankara şəhərindəki səfirliyimizdə fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi 30 saylı məntəqəsində səsvermə uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermə Türkiyə vaxtı ilə saat 8.00-dan 19.00-dək keçirilib.
Səsvermə seçki haqqında sənədlər əsasında, eləcə də Mərkəzi Seçki Komissiyasının bütün tələb və təlimatlarına uyğun şəkildə təşkil olunub. Seçki prosesinə müdaxilə və yaxud digər qanun pozuntusu qeydə alınmayıb.
Türkiyənin Ankara, Adana, Mersin, Kayseri və səfirliyimizin konsulluq şöbəsinin fəaliyyət dairəsində olan digər bölgələrdə yaşayan, işləyən və konsulluq qeydiyyatında olan vətəndaşlarımız səsvermədə iştirak ediblər.
Məntəqə seçki komissiyasının məlumatına görə, səsvermə hüququ olan vətəndaşlarımızın 90 faizdən çoxu səsvermədə iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul