Arzu Babayeva: Təbiətin səssizliyinə qovuşmaq ən gözəl istirahətdir
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycanın hər guşəsində yazın isti nəfəsi duyulur. Gəlməyə, görməyə isə əlbəttə ki, təbiət, yaşıl istirahət, bir-birindən fərqli relyefə, landşafta malik milli parklarımızdır.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva AZƏRTAC-a bildirib ki, bayram günlərində milli parklarda təbiətin oyanışını müşahidə etmək, təbiətin səssizliyinə qovuşmaq ən gözəl istirahətdir: “Tətil günlərində istirahət üçün təbiəti seçən turistlərin üz tutduqları milli parklarımız hər gün saat 09:00-dan 18:00-dək açıqdır. Bütün milli parklarımız yolunuzu gözləyir”.