ASTANADA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı ölkəmizin Dövlət Müstəqilliyi günü münasibətilə mərasim keçirmişdir. Tədbirdə paytaxtda yaşayan diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
İttifaqın prezidenti, Astanada rus dilində çıxan “Turan Ekspress” qəzetinin baş redaktoru Vidadi Salahov ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycan iqtisadiyyatının dirçəldilməsi istiqamətindəki xidmətlərindən danışmışdır. O, Azərbaycanda keçirilən son prezident seçkiləri haqqında da məlumat verərək demişdir ki, xalqımız öz düzgün seçimini etmiş, İlham Əliyev yenidən Azərbaycanın Prezidenti seçilmişdir. Onun sözlərinə görə, seçkilərdə iştirak edən xarici müşahidəçilər də bu böyük siyasi kampaniyanın azad, demokratik və şəffaf keçirildiyini bildirmişlər.
Mərasimdə yenidən dövlət başçısı seçilməsi münasibətilə soydaşlarımız adından Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubu da oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]