Astarada torpaq sürüşməsi olub – FOTO
Astara, 25 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Astarada torpaq sürüşməsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astarada yağan güclü yağışlar rayonun Şiyəkəran kəndində torpaq sürüşməsinə səbəb olub. Ona yaxın ailənin istifadə etdiyi yolda çökmə baş verib. Əraziyə aidiyyəti orqanların nümayəndələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yolda təhlükəsizlik tədbirlərinin görülməsi işlərinə başlayıblar. Əraziyə ağır texnika cəlb edilib.